Gündəm
Bakı "İnter"i bütün futbolçularını komandada saxlamağa qərar verib
Bakının "İnter" klubunda Müşahidə Şurasının iclası keçirilib. Bu barədə klubun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.
Rusiya Ukraynanın sabiq baş naziri Yatsenyuku beynəlxalq axtarışa verib
Rusiya Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyuku beynəlxalq axtarışa verib. Bunu Rusiya Baş Prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy deyib. O bildirib ki, Ukrayna sabiq baş nazirinin axtarışı ilə bağlı materiallar İnterpola göndərilib.
ADU-nun tələbələri Fransa və Rumıniyada təcrübə keçməkdən məmnundurlar
“Hər şey əladır. Xarici ölkədə təcrübədə olmaq çox fərqli hissdir. Birdən-birə öz vətənindən kənarda öyrəndiyin dilin daşıyıcıları ilə ünsiyyətdə olursan. Çətin olduğunu deyə bilmərəm. Dili bildiyim üçün çox çətinlik çəkmirəm, amma sürətli danışıqlar üçün az da olsa çətinlik var”. Bu sözləri Azərbaycan Dillər Universitetinin (ADU) Frankofon Universitet Agentliyi (FUA) ilə əməkdaşlığı çərçivəsində Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat təcrübələrində iştirak edən Aytən Kamandarlı bildirib. Saint-Jean-de-Luz şəhərində təcrübə keçən A.Kamandarlı ölkəmizi və universiteti layiqincə təmsil edəcəyinə inandığını söyləyib.
İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı fərman imzalayıb
Prezident İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.
İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Bakıda narkotika alverində təqsirləndirilən erməniyə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Siyavuş Novruzov: “Müxalifətin sosial bazası olmadığına görə mitinqin keçirilməsi üçün başqa ərazilər tələb edir”
"Bakının hansı yerində mitinq keçirmək mümkündür, o yerlərdə aksiyaların keçirilməsinə razılıq verilir. Çünki burada mitinq iştirakçılarının təhlükəsizlik məsələsi var. Bilirsiz ki, dünyada bir sıra hadisələr baş verir. Yaxın Şərqdə baş verən hadisələri hər kəs görür. Mitinqdə iştirak edənlər siyasi baxışlarından asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyinin qorunması hüquq mühafizə orqanlarının üzərinə düşür. Bakı Şəhər İcra Hakimiyyəti də buna uyğun addım atır".
Rusiyalı ekspert: "Ermənistan gələn ilin aprel ayınadək Azərbaycanla ciddi danışıqlara getməyəcək"
"Qarşıdakı bir ildə Ermənistan qeyri-sabit tarazlıq vəziyyətinə düşəcək, çünki Serj Sarqsyan vəzifəsini başa vurmaqda olan prezident kimi qəbul olunacaq". Bu barədə Rusiya Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı görüşünün nəticələrini şərh edərkən bildirib.
“Milli Şura”-AXCP cütlüyünün növbəti mitinq-şousu- TƏRS BAXIŞ
Bəlli olduğu kimi, “Milli Şura”-AXCP cütlüyü Bakı Şəhər İcra Hakimiyyətinə aprelin 30-da növbəti mitinq keçirməsi üçün müraciət edib. Belə ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov mətbuata açıqlamasında deyib ki, BŞİH mitinqin aprelin 30-da deyil, 29-da keçmiş “Məhsul” stadionunda keçirilməsini təklif edib.
Təhsil Nazirliyi bölgələrdə pozuntular AŞKARLADI
Təhsil Nazirliyi tərəfindən yerli xərclərin şəbəkəsində bir sıra nöqsan və uyğunsuzluqlar aşkar edilib. Nazirliyin illik hesabatında qeyd olunub ki, bunların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb və görülməkdə davam edir.
NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI
Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Habertürk” qəzetinə müsahibəsində bildirib.
İslamiadanın açılış və bağlanışında 4 min tələbə könüllü çalışacaq
Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yalnız açılış və bağlanış mərasimlərində ali və orta ixtisas təhsili müəssisələrinin 4 min tələbəsi könüllü kimi iştirak edəcək. Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
BSU-da “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda Respublika Elmi Konfransı keçirilib
28 aprel 2017-ci il tarixində Bakı Slavyan Universitetinin Akt zalında BSU və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika Elmi Konfransı olub. Mərasimdən əvvəl BSU-nun rəhbərliyi və professor-müəllim heyəti Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub.
Siyasi partiyalar 28 aprel rus işğalı ilə bağlı bəyanat yaydı
Bu gün Azərbaycanın bir qrup siyasi partiyası 28 aprel rus işğalının nəticələrini müzakirə edib.
AHİK qalib təşkilatları mükafatlandırdı
Aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. “28 aprel-Ümumdünya əməyin mühafizəsi gününə, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən irəli sürülmüş “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” devizinə həsr edilmiş tədbir istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanıb














