Məkkə Sazişi ölkələri İranla danışıqlar aparacaq-ÖZƏL
10:55 DünyaMəkkə Sazişinə üzv olan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nümayəndələri regionda gərginliyin azaldılması məqsədilə İran rəhbərliyi ilə danışıqlar aparacaqlar.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Raed Krimli bildirib.
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səudun rəhbərlik etdiyi nümayəndə heyətində Pakistan Müdafiə Qüvvələrinin rəisi Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da yer alır.
Görüşlərdə regional böhranın deeskalasiyası, dialoqun təşviqi və Qətərlə Pakistanın vasitəçilik səylərinə dəstək məsələləri müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31