İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliyə əsasən, sərəncamının 1-ci hissəsində "Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri" sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir: "İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri". AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31