AHİK qalib təşkilatları mükafatlandırdı
Aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. “28 aprel-Ümumdünya əməyin mühafizəsi gününə, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən irəli sürülmüş “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” devizinə həsr edilmiş tədbir istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanıb
28 Aprel 2017 17:28 SosialSəttar Mehbalıyev: "Dünyada hər gün istehsalatda baş verən bədbəxt hadisələrdən 5000-dən çox insan həlak olur"
Aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. "28 aprel-Ümumdünya əməyin mühafizəsi gününə, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən irəli sürülmüş "Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi" devizinə həsr edilmiş tədbir istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanıb. AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev qeyd edib ki, Ümumdünya əməyin mühafizəsi günü ilk dəfə 1989-cu ildə ABŞ və Kanadada istehsalatda həlak olmuş işçilərin xatirəsini yad etmək üçün anım mərasimi kimi keçirilib. Azad Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Dünya Həmkarlar İttifaqları Konfederasiyaları layiqli əmək şəraiti yaradılması işinə diqqəti cəlb etmək məqsədilə həmin günü ümumdünya tədbiri günü elan ediblər. Azərbaycanda bu tədbir 2004-cü ildən etibarən hər il qeyd olunur. BƏT-in məlumatına görə, dünyada hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 5000-dən çox insan həlak olur. Hər il istehsalatda 2,0-2,3 milyon insan həyatını itirir, onlardan 300.000 nəfəri istehsalat xəsarəti nəticəsində, 1,7-2,0 milyon nəfəri isə müxtəlif xəstəliklərdən ölürlər. MDB üzrə statistik məlumatlara əsasən hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2 min insan həlak olur. Peşə xəstəliklərindən həlak olanların sayı isə bədbəxt hadisələrdən ölənlərin sayından 6 dəfə çoxdur. Onun sözlərinə görə, 2015-ci ilə nisbətən həmkarlar ittifaqının əhatə dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalat xəsarəti alanların sayı 33,8 faiz (71 nəfərə qarşı 95 nəfər), istehsalat xəsarəti nəticəsində həlak olanların sayı 48,5 faiz (33 nəfərə qarşı 49 nəfər, artıbdır. Respublika üzrə istehsalatda xəsarət alanların ümumi sayının 55,6 faiz (160 nəfərə qarşı 249 nəfər), istehsalat xəsarətindən ölənlərin sayının isə 71,4 faiz (49 nəfərə qarşı 84 nəfər) artmasına səbəb olubdur:"Biz, həmkarlar ittifaqları olaraq, yaranmış vəziyyəti araşdıraraq, heç də həmişə ürəkaçan olmayan istehsalat zədələnmələrinin dinamikasına biganə qala bilmərik. 2016-cı il ərzində 26 sahə həmkarlar ittifaqı orqanının xidmətlərinə daxil olan müəssisə və təşkilatlarda texniki əmək müfəttişliyi tərəfindən 643 müəssisə və təşkilatlarda 2015-ci ilə nisbətən 25,3% yoxlamaların sayı (513 müəssisəyə qarşı 643 müəssisədə) artıb. Əməyin mühafizəsinə, istehsalın sanitar-gigiyenası və əməyin təhlükəsizliyinə dair aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq qaydada tövsiyyələr verilib. Aşkar edilən pozuntuların aradan qaldırılmasına nəzarətin gücləndirilməsi nəticəsində bu pozuntuların 92,4 faizi müəyyən edilmiş müddətlərdə aradan qaldırılıb.Texniki əmək müfəttişlərimizin 2016-cı ildə həyata keçirdiyi yoxlamaların nəticəsi olaraq 1885 işçi əlverişsiz əmək şəraitindən, 59 ağır fiziki işə məruz qalmış işçilər iş yerlərindən çıxarılmış və 713 texnoloji avadanlıqlar təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.Aparılan profilaktik nəzarətin nəticəsi olaraq yoxlanan müəssisələrdə hər 14 işçinin həyatı üçün risk faktorları aradan qaldırılıb. Keçirilən bütün bu tədbirlər və aparılan ardıcıl iş əməyin mühafizəsi və işçilərin zədələnmə və ölüm göstəricilərinə təsir edibdir. 2017-ci ilin birinci rübünün nəticələrinə görə 2016-cı ilin analoji dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 71,5 faiz (7 nəfərə qarşı 2 nəfər) azalıbdır".
S.Mehbalıyev deyib ki, həmkarlar ittifaqları üzvləri arasında maarifləndirmə işləri həmişə diqqət mərkəzindədir. Bu məqsədlə respublika miqyasında keçirilən seminarlar, müşavirələr, müsabiqələrə minlərlə işçi cəlb olunur. Dövlət orqanlarının, ictimaiyyətin, mütəxəssislərin diqqətini əməyin mühafizəsi problemlərinə yönəltmək məqsədilə həmkarlar ittifaqları ənənəvi olaraq hər il "28 aprel-Ümumdünya əməyin mühafizəsi günü"nü geniş şəkildə qeyd edir.1996-cı ildən işdə ölən və zədələnən işçilərin xatirəsinə həsr olunmuş bu beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələri minimuma endirməkdir. Əməyin mühafizəsi işinin yaxşılaşdırılması məqsədilə AHİK 2017-ci il üçün Beynəlxalq Əmək Təşkilatının tövsiyyəsinə uyğun olaraq "Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi" devizi altında tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən bu günə kimi 18 bölgə üzrə tematik seminarlar keçirilib. Seminarlarda regionlar üzrə dövlət əmək müfəttişləri və rayon icra hakimiyyətinin nümayəndələri, 114 şəhər və rayon müəssisə və təşkilatlarının həmkarlar ittifaqı komitələrinin və əməyin mühafizəsi mütəxəssislərinin 1985-dən artıq nümayəndəsi iştirak edib.
AHİK sədri tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar və müsabiqələr keçirilib. 2009-cu ildən başlayaraq hər il "Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi və təşkilatı" adı uğrunda müsabiqə keçirilir. Keçirilən bütün müsabiqələrdə ümumilikdə 7 il ərzində 9328 müəssisə iştirak edib, onlardan 297 qalib hesab ediliblər və fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Keçən ildə keçirilən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə əlaqədar respublika müsabiqəsinin 2016-cı ilin yekunlrının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 172-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 20 sahə həmkarlar ittifaqını təmsil edən 46 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub. 2016-cı ildə 15052 işçini, o cümlədən 4377 qadın işçini əhatə edən 46 müəssisə və təşkilatlarda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 254 yoxlama həyata keçiriblər. Müəssisələrin 22-də bütün işçilər zərərli iş şəraitindən kənarlaşdırılıb, 20 müəssisədə isə belə şəraitdə işləyənlərin sayı orta hesabla 37,3 faiz azalıb.Sonda "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsi qalibləri mükafatlandırlıb.
Alim