Nyu-York və London birjalarında neftin qiyməti ucuzlaşıb – ÖZƏL
11:04 İqtisadiyyatOlaylar.az xəbər verir ki, ötən həftənin sonu son altı ayın maksimum səviyyəsinə yüksələn neft qiymətləri bazar ertəsi səhər saatlarında enişə keçib. Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin dekabr fyuçersləri 1,88% (2,19 dollar) ucuzlaşaraq bir barel üçün 114,53 dollara düşüb. Nyu-Yorkun "NYMEX" birjasında isə "WTI" markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,14% (2,21 dollar) geriləyərək bir barel üçün 101,06 dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31