Kitab sərgiləri strateji platformaya çevrilməlidir-Özəl
11:19 Sosial"Ötən həftə Bakı şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak etdim və çox məmnun qaldım. Düşünürəm ki, kitaba, elmi, bədii ədəbiyyatlara münasibət hələki qalıb, tamamilə qırılmayıb. İntellektual kəsimlə bərabər, məktəblilərin, gənclərin belə tədbirlərə böyük həvəslə gəlişi əhəmiyyətlidir". "Olaylar" xəbər verir ki, bunuekspert Əkrəm Bəydəmirli deyib: "İqtisadi problemlər, sosial çətinliklər və digər səbəblər insanları kitabdan, mütaliədən çox uzaqlaşdırıb. Amma düşünməliyik ki, kitab bir millət üçün, toplum üçün strateji sahədir.
Cəmiyyəti elm və təhsil dəyişdirib inkişaf etdirə bilər. Elmsiz, təhsilsiz, kitabdan uzaq düşən cəmiyyətə qaranlıq çökür.
Heç bir sosial-iqtisadi çətinliklər və yaxud müasir informasiya texnologiyalarının sürətli inkişafı kitabı, mütaliəni arxa plana atmamalıdır.
Bir çox insanlar iqtisadi problemlərinə, gündəlik qayğılarına görə, mütaliəni birdəfəlik leksionlarında çıxarıblar. Amma bu yanlış addımdır.
Təbii ki, şüarla, ucuz təbliğatla insanları mütaliyəyə cəlb etmək olmaz. Beyin mərkəzlərində bu ciddi məsələlər təhlil olunmalıdır. Hər hansı julik biznesmen, pullu bir dələduz deyil, məhz elmli, təhsilli insanlar cəmiyyətdə ən hörmətli şəxs kimi qəbul olunmalıdır.
Mütaliəni həyat tərzinə çevirmək üçün mexanizmlər üzərində düşünmək lazımdır. Digər tərəfdən kitabla bağlı tədbirlər, sərgilər strateji platformaya çevrilməlidir".