Gündəm
Keçmiş sevgilisi müğənnini təhdid etdi: "Harda olsan, səni öldürəcəyəm"
Müğənni Tuğba Yurt dünən polisə gedərək keçmiş sevgilisindən şikayət edib.o, keçmiş sevgilisi Okan Gençin "Qapının önündə, səhnədə və ya hava limanında səni gəbərdəcəyəm" dediyini iddia edib. O.Genç üç il müğənninin menecerliyini etməklə yanaşı onun sevgilisi olub. Üç ay əvvəl isə cütlük ayrılıb.
"İçerde"nin "Mələy"indən xeyirxah addım -fotolar
Dünya smartfon bazarının həcmi 4,3% artıb
“IDC” analitik şirkətinin ilkin məlumatlarına əsasən, 2017-ci ilin birinci rübündə istehsalçılar ümumilikdə 347,4 milyon smartfon tədarük edərək illik hesablama üzrə göstəriciləri 4,3% artırıblar. Mütəxəssislərin məlumatına görə, yanvar-martda qeydə alınmış artım “IDC”-nin proqnozundan azca yüksəkdir.
Plastik cərrahiyədə YENİLİK - Dodaqlar tamam başqa cür olacaq
Plastik cərrahiyyə sahəsində yeni trend yaranır. Bu daha çox qeyri-adi dodaqları sevən qızları sevindirəcək. Plastik cərrahiyə sahəsindəki yeni trend əsasən Yaponiya və Asiya ölkələrində müşahidə edilib.
Dərini təmizləyir, məsamələri yığır – GİL MASKASI
Məsaməli dəri bir çox insanın problemidir. Lakin bunun öhdəsindən gil maskası vasitəsi ilə gələ bilərsiniz. Gil maskası dərinin ən dərin təbəqələrinə nüfuz edir və buradakı çirkləri çıxarır. Təmizlənib açılan məsamələr isə yığır. Gil maskası dərini qidalandırır və bərpa edir. Gil maskasının hazırlanma qaydası və faydaları ilə sizi tanış edirik.
Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən MÖCÜZƏVİ RESEPT
Son zamanlar insanlar arasında bəzi mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Burada bir çox faktorlar rol oynayır – genetik və xarici faktorlar, düzgün qidalanmamaq, GMO qidalar, zərərli vərdişlər, rejimsizlik, düzgün olmayan həyat tərzi, maddələr mübadiləsinin pozulması və s.
Azərbaycan Dövlət Filarmoniyası may ayında
Tarkandan ofisantlara inanılmaz miqdarda BƏXŞİŞ
Tarkan 195 Tl-lik hesaba 1750 TL bəxşiş qoyub. Meqa ulduz doğulub böyüdüyü Almaniyaya səfər edib. Müğənni həyat yoldaşı Pınarla birlikdə Almaniyada bir pizza restoranına gedib. O, sifarişlərinə 195 TL (təxminən 100 manat) hesab ödəyib. Çox sevdiyi 2 türk ofisianta isə 450 avro bəxşiş qoyub. İki ofisianta bütövlükdə 1750 TL (təxminən 875 manat) bəxşiş verən ulduz onlarla foto çəkdirib.
“Google Trips” səyahətlərin planlaşdırılmasını asanlaşdıracaq
"Google" şirkəti ötən il səyahətlərin planlaşdırılması üçün "Trips" mobil proqramını təqdim edib. Gediləcək yeri avtomatik müəyyənləşdirən mobil əlavə hotel və mehmanxanaların, restoranların və görməli yerlərin siyahısı kimi faydalı informasiya təklif edir. Bu həftə böyük proqram yeniləməsi işıq üzü görəcəyinə görə "Google" əsas yeniliklər barədə məlumat vermək qərarına gəlib. İstifadəçiləri səyahətlərin planlaşdırılmasını sadələşdirəcək üç yeni funksiya gözləyir.
Yaponiyanın mobil operatoru uçan sferik ekran yaradıb
Yaponiyanın Tiba şəhərində keçiriləcək “Niconico” konfransında “NTT Docomo” regional provayderi multikopter əsasında işləyən mobil ekran konseptini nümayiş etdirəcək. Kiçik sferik formada informasiya ekranı istənilən yerə uça və orada insanlara maraqlı nə isə göstərə bilər.
Bina çap edən robot yaradılıb
Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bina çap etməyə imkan verən daxili "3D" printerə malik robot prototipi hazırlayıblar. "Gələcəkdə tamamilə avtonom işləyən sözügedən robot Ay, Mars və ya Antarktikada bir neçə il ərzində binalar inşa edə biləcək" – layihənin direktoru Stiven Kitinq deyib.
Yeni “BlackBerry” smartfonunun satışa çıxarılma vaxtı məlum olub
Kanadanın “BlackBerry” brendinin sahibi - Çinin “TCL” şirkəti eyniadlı ilk smartfonun təqdim ediləcəyi tarixi açıqlayıb. Belə ki, otuz beş klaviatura klavişi və barmaq izi skaneri ilə təchiz ediləcək “KEYone” modeli mayın 31-də satışa çıxarılacaq.
Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürüb, sonra isə intihar edib
Rusiyanın Stavropol şəhərinin sakini öz həyat yoldaşını və iki uşağını qətlə yetirərək intihar edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsi məlumat yayıb.
Suriya ərazisindən Türkiyəni atəşə tutan terrorçu PYD-nin 11 silahlısı məhv edilib
PKK-nın Suriyadakı qolu PYD-nin nəzarəti altında olan ərazidən Türkiyənin Urfa bölgəsinin Ceylanpınar rayonunun Aksoy sərhəd polis məntəqəsi raket atəşinə tutulub. Türkiyə Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində 11 terrorçu məhv edilib. Həmin terrorçulardan 3-ü qumbaraatandan, 8-i isə yük avtomobillərinə quraşdırılan DOÇKA-dan atəş açıb.
Bədii gimnastika üzrə Dünya Kubokunda iki növ üzrə finalçılar məlum oldu
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla fərdi çıxışlarda təsnifat mərhələsi başa çatıb. Halqa ilə hərəkətlərdə finala Rusiya təmsilçiləri Aleksandra Soldatova və Arina Averina, israilli Nikol Zelikman və Viktoriya Filanovski, ABŞ gimnastları Evita Qriskenas və Kamilla Fili, belaruslu Alina Harnasko və Bolqarıstan nümayəndəsi Neviana Vladinova çıxıb.













