Keçmiş sevgilisi müğənnini təhdid etdi: "Harda olsan, səni öldürəcəyəm"

Müğənni Tuğba Yurt dünən polisə gedərək keçmiş sevgilisindən şikayət edib.o, keçmiş sevgilisi Okan Gençin "Qapının önündə, səhnədə və ya hava limanında səni gəbərdəcəyəm" dediyini iddia edib. O.Genç üç il müğənninin menecerliyini etməklə yanaşı onun sevgilisi olub. Üç ay əvvəl isə cütlük ayrılıb. 

Okan konsertdə olan müğənniyə bıçaq şəkli göndərərək onu ölümlə təhdid edib. Bundan sonra müğənni səhnəyə mühafizəçilərlə çıxmalı olub. Dərhal məhkəməyə müraciət edən Tuğba müsbət cavab da alıb. Belə ki, Okan 2 ay T.Yurtun işlədiyi məkanlara yaxınlaşa bilməz, eyni zamanda 6 ay ərzində onunla əlaqə saxlaması qadağandır. O, bu qadağalara riayət etməzsə, 3 gündən 10 günə kimi həbs olunacaq. Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31