Bina çap edən robot yaradılıb
Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bina çap etməyə imkan verən daxili "3D" printerə malik robot prototipi hazırlayıblar. "Gələcəkdə tamamilə avtonom işləyən sözügedən robot Ay, Mars və ya Antarktikada bir neçə il ərzində binalar inşa edə biləcək" – layihənin direktoru Stiven Kitinq deyib.
28 Aprel 2017 19:08 DünyaMassaçusets Texnologiya İnstitutunun mühəndisləri bina çap etməyə imkan verən daxili "3D" printerə malik robot prototipi hazırlayıblar. "Gələcəkdə tamamilə avtonom işləyən sözügedən robot Ay, Mars və ya Antarktikada bir neçə il ərzində binalar inşa edə biləcək" - layihənin direktoru Stiven Kitinq deyib. Sistem böyük avtonom manipulyator qurulmuş tırtıllı maşın formasındadır.
Sınaqlar çərçivəsində diametri 15 metr, hündürlüyü 3,65 metr olan günbəzin divarları "çap edilib". Sistem 14 saat ərzində bu işin öhdəsindən gəlib. Bundan sonra işçilər yalnız hazır formaya beton tökməlidirlər. Sistem, həmçinin konkret tikinti sahəsinin tələblərinə və sifarişçinin arzularına uyğunlaşdırıla bilər. "ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən xəbər verir.