Şimali Koreya BMT-də Cənubu xəbərdar etdi: Suverenliyimizə qəsd olunarsa,… – ÖZƏL
10:45 DünyaOlaylar.az xəbər verir ki, Şimali Koreyanın (KXDR) BMT-dəki daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq Cənubi Koreya tərəfindən dövlət sərhədinin pozulması və ya hərbçilərinin təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edəcəyini bəyan edib. Pxenyan Seulun sentyabrın 21-də sərhəd yaxınlığındakı mina partlayışı ilə bağlı ittihamlarını rədd edərək, bunu Cənubun qurulduğu bir səhnələşdirmə adlandırıb. Şimali Koreya tərəfi cənub sərhədində aparılan möhkəmləndirmə işlərinin qanuni müdafiə tədbiri olduğunu bildirib və inşaat aparan hərbçilərin atəşə tutulmasında Cənubi Koreyanı günahlandıraraq yarana biləcək ağır fəsadlara görə məsuliyyətin tam olaraq Seulun üzərinə düşəcəyini vurğulayıb.