Nika Qvaramiya: "Məqsədimiz İvanişvilisiz Gürcüstandır" – ÖZƏL
10:30 DünyaOlaylar.az xəbər verir ki, "Dəyişikliklər üçün Koalisiya"nın lideri Nika Qvaramiya Tiflis Dövlət Universitetinin birinci korpusu qarşısında keçirilən etiraz aksiyasından öncə bildirib ki, bu aksiya yeni dalğanın başlangıcıdır. Onun sözlərinə görə, əsas məqsəd Bidzina İvanişvilinin hakimiyyətdən kənarlaşdırılmasıdır, çünki o, ölkədə hakimiyyəti qəsb edib və bu vəziyyət dəyişməyənədək Gürcüstanın Avropaya inteqrasiyası mümkün deyil.
Qvaramiya vurğulayıb ki, mübarizənin kulminasiya nöqtəsi 28 noyabr və ya növbəti günlərə təsadüf edə bilər. O, xalqı həmin gün kütləvi şəkildə etirazlara qoşulmağa və maneələrə baxmayaraq daha da güclənməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31