Rusiyada kişi həyat yoldaşını və uşaqlarını öldürüb, sonra isə intihar edib

Rusiyanın Stavropol şəhərinin sakini öz həyat yoldaşını və iki uşağını qətlə yetirərək intihar edib.  Bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsi məlumat yayıb. 

Rusiyanın Stavropol şəhərinin sakini öz həyat yoldaşını və iki uşağını qətlə yetirərək intihar edib.  Bu barədə Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsi məlumat yayıb. Məlumata əsasən, qətldə şübhəli bilinən şəxsin əlində bıçaq aşkarlanıb: "Qətlə yetirilən ana və 2 uşağın bədən xəsarətləri oxşardır. Evə zorla daxil olma müəyyən edilməyib. Evin giriş qapısı içəridən bağlı olub. Evdəki əşyaların yerlərində də dəyişiklik olmayıb". Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. APA-nın "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31