ABŞ administrasiyası Viktor Orbanı BMT-nin Baş katibi postuna namizəd göstərməyi təklif edir – ÖZƏL
12:54 DünyaOlaylar.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası BMT-nin Baş katibi vəzifəsinə Macarıstanın keçmiş baş naziri Viktor Orbanın namizədliyini irəli sürməyi planlaşdırır. Vaşinqton bu təklifi artıq Orbanın diqqətinə çatdırıb və planın Moskva ilə Pekin tərəfindən də dəstəklənə biləcəyini ehtimal edir. Mənbələr qeyd edir ki, ABŞ, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında vahid mövqedən çıxış etdikdə, adətən istədikləri qərarın qəbul edilməsinə nail olurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31