AP deputat toxunulmazlığının qaldırılmasını anonimləşdirə bilər-ÖZƏL
12:52 DünyaAvropa Parlamenti (AP) deputat toxunulmazlığının qaldırılması prosedurunun anonimləşdirilməsini nəzərdən keçirir. Olaylar.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Onun sözlərinə görə, hazırda Avropa Parlamenti hüquq-mühafizə orqanlarından toxunulmazlığın ləğvi ilə bağlı sorğu aldıqda, Avropa Parlamentinin sədri bunu növbəti plenar iclasda elan edir və istintaq altında olan üzvün adını çəkir. Bəzi Avropa Parlamentinin üzvləri bu məlumatın yalnız toxunulmazlığın ləğvi ilə bağlı qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlanmasını təklif edirlər. Onlar həmçinin informasiya sızmasının qarşısını almaq üçün adların gündəmdən çıxarılmasını və daxili sənədlərin həcminin azaldılmasını təklif edirlər.