Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib
12:50 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyi münasibətilə paylaşım edib.
Paylaşımda qeyd olunub:
"Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur. Hörmətli Fərhad müəllim! Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə, MEHRİBAN"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31