Muğam Mərkəzində Xeyriyyə konserti
Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti keçirilib.Mərkəzdən “Olaylar” – a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzi Avropa liseyinin şagirdlərini öz səhnəsində cəmləşdirdi. Bu xeyriyyə aksiyasında şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub, rəqs və musiqi nömrələri göstərilib.
28 Aprel 2017 17:17 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti keçirilib.Mərkəzdən "Olaylar" - a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzi Avropa liseyinin şagirdlərini öz səhnəsində cəmləşdirdi. Bu xeyriyyə aksiyasında şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub, rəqs və musiqi nömrələri göstərilib. Tədbirin əvvəlində Bakı Avropa Liseyinin 5r sinfinin "Beşincilərin macərəli" adlı kitabının təqdimatı keçirilib. Tədbirdə ilk öncə söz lahiyənin kordinatoru Bakı Avropa Liseyinin 5r sinfinin rəhbəri Həşimova Təranə xanıma verildi. Layihə haqqında fikirlərini bölüşən Təranə xanım uşaqların əməyini xüsusi qiymətləndirdi. Daha sonra nağılın müəllifləri olan şagirdlər nağıl haqqında öz fikirlərini qısa olaraq tamaşaçılara çatdırdılar. Konsert musiqi nömrələri ilə davam etdi. Avropa liseyinin şagird heyəti müxtəlif musiqi və rəqs nömrələri ilə 5r sinfinin şagirdlərinə dəstək oldular.
Aksiyadan gələn gəlirlə ehtiyacı olan uşaq evlərinə yardım göstəriləcək.