Əminə Yusifqızı: “Nə gözəl ki, biz kitabı sevirik!” – ÖZƏL

"XII Beynəlxalq Kitab Sərgisində müşahidə etdiyim mənzərə qəlbimi qürurla doldurdu. Açığı, Azərbaycanda kitaba, mütaliəyə bu qədər böyük marağı görmək məni heyrətləndirdi. Ürəyim iftixar hissi ilə döyündü. Nə gözəl ki, biz kitabı sevirik! Nə gözəl ki, oxuyan, düşünən, öyrənməyə can atan xalqımız var. Hesab edirəm ki, media subyektlərimiz, jurnalistlərimiz bu marağı daha sistemli şəkildə təbliğ etməli, cəmiyyətə çatdırmalıdırlar". Bu sözləri Olaylar İnformasiya Agentliyinə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Əminə Yusifqızı deyib. O həmçinin qeyd edib ki, sərgidə uşaqların çoxluğu, onların sevincli üzləri, əyləncəli proqramlarda iştirakları gələcəyə inam və əminlik yaradır: "Deməli, kitab sadəcə vərəqlərdən ibarət deyil, uşaqlarla gələcək arasında körpü, biliklə həyat arasında bağ, insan ruhunu zənginləşdirən xəzinədir. Sərgidən gözəl təəssuratla ayrıldım".
Söhbətinin sonunda əməkdar jurnalist deyib  ki,  əgər kimsə beynəlxalq sərgidə iştirak etməyibsə, gec deyil, tələsin. Oktyabrın 27-dək sərgi davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31