“Mersi Baku!”
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin qastrol səfəri yekunlaşmaq üzrədir. Nodar Dumbadze adına Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı və Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında artıq yaradıcı heyət uğurla çıxış edərək Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrına üz tutub.
28 Aprel 2017 15:46 MədəniyyətGənc Tamaşaçılar Teatrının fəaliyyəti xarici mətbuatda...
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin qastrol səfəri yekunlaşmaq üzrədir. Nodar Dumbadze adına Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı və Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında artıq yaradıcı heyət uğurla çıxış edərək Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrına üz tutub.
Tamaşadan öncə keçirilən mətbuat konfransında Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri Vladislav Koliyev, Azərbaycanın Şimali Osetiyadakı diasporunun rəhbəri, "Vahid Rusiya" partiyasının üzvü Fuad Kazımov, Gənc Tamaşaçılar Teatrının direktor müavini Fəxrəddin Dünyamalıyev və qastrol səfərində iştirak edən aktyorlarımızdan - Səbinə Məmmədova, Ədalət Əbdülsəməd və İlham Əsədov jurnalistlərin suallarını cavablandırıblar.
Fuad Kazımov çıxışında qastrol səfərlərinin Azərbaycan və Vladiqafqaz teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin möhkəmlənməsi üçün olduqca vacib olduğunu bildirirək, hələ XX əsrin əvvəllərində "Leyli və Məcnun" operasının ilk premyeralarından birinin məhz Vladiqafqazda nümayiş etdirildiyini bildirib.
Səfər çərçivəsində tamaşalardan biri çoxuşaqlı və aztəminatlı ailələrin övladları və sağlamlığı məhdud olan uşaqlar üçün nümayiş etdirilib.
Vladiqafqaz səfərimiz haqqında buranın bir sıra nüfuzlu qəzet və saytlarında materiallar dərc edilib. "Северная Осетия" qəzetində dərc olunmuş "Мерси, Баку!" başlıqlı məqalə böyük maraqla qarşılanıb. Məqalınin linkini təqdim edirikhttp://sevosetia.ru/news_full/Kultura/Mersi-Baku/