“İnsan alverinin qurbanı olma!”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə,  “İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilib.

Şagirdlər üçün maarifləndirici tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası məqsədilə,  "İnsan alverinin qurbanı olma!" adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilib. Komitədən "Olaylar"a verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Xətai rayonu, 17 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün keçirilib.Tədbiri giriş sözü ilə açan 17 nömrəli tam orta məktəbin direktoru Nəsimi Abbasov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Komitəyə öz təşəkkürünü bildirib.Komitənin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Komitə tərəfindən gənclər arasında aparılan maarifləndirmə işləri barədə məlumat verərək, layihənin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Ailə Problemləri şöbəsinin məsləhətçisi Azər İsalı mövzu ilə bağlı təqdimat nümayiş etdirərək,  insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumat verib.İnsan alveri qurbanlarına yardım mərkəzinin direktoru Nəzakət Balabəyova problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiya olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıb.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31