Almaniya polisi İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb
Almaniya polisi Suriyada terrorçu İŞİD qruplaşmasının tərkibində döyüşməkdə şübhəli bilinən 23 yaşlı suriyalı qaçqını saxlayıb. Polis onu aprelin 27-də ölkənin cənub-qərbində yerləşən Baden-Vyurtemberq torpağının Biberax dairəsində nəzarətə götürüb.
28 Aprel 2017 15:01 DünyaAlmaniya polisi Suriyada terrorçu İŞİD qruplaşmasının tərkibində döyüşməkdə şübhəli bilinən 23 yaşlı suriyalı qaçqını saxlayıb. Polis onu aprelin 27-də ölkənin cənub-qərbində yerləşən Baden-Vyurtemberq torpağının Biberax dairəsində nəzarətə götürüb.
Aprelin 28-də isə Federal Prokurorluğun əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıb. Məlumata görə, adı açıqlanmayan həmin suriyalı 2013-cü ildə İŞİD-ə qoşulmaqda və silahlı əməliyyatlarda iştirakda şübhəli bilinir. "Report" "DW"-yə istinadən xəbər verir.