Azərbaycan sərhədində ABŞ vətəndaşı saxlanıldı

Rusiya-Azərbaycan sərhədində, Dağıstanın Axtın rayonun Smuqul kəndində sərhədi qanunsuz keçən ABŞ vətəndaşı saxlanılıb. Bu barədə Dağıstan Sərhəd Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə iki gün əvvəl baş verib. Əcnəbi qadın Rusiyada turist kimi gəlsə də, lakin onun sərhəd zonasına daxil olması buna icazə verən müvafiq sənədlər olmadan baş verib.

Hal-hazırda, Amerika Birləşmiş Ştatları vətəndaşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinə (sərhəd rejiminin pozulması maddəsi nə görə) məsuliyyət daşıyır. Ona cərimə tətbiq olunacaq.

Qeyd edək ki, bu ilin əvvəlindən Rusiyada sərhəd rejimini pozmalarına görə 300 nəfər saxlanılıb. Onlara tətbiq olunan cərimələrin məbləği 88 min rubl təşkil edir. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31