“Tanpınarı kəşf edirəm” müsabiqəsi qalibləriləri Türkiyədə

Yunus Əmrə İnstitutu tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsinin qalibləri Nəriman Əbdülrəhmanlı, Zərəngiz Dəmirçiqayalı, Yeganə Neymətulla, Təranə Vahid, Lamiyə Qurbanlı Türkiyənin İstanbul, Yalova, Əskişəhər, Konya və Bursa şəhərlərinə beş günlük səfər edib.

Yunus Əmrə İnstitutu tərəfindən elan olunmuş "Tanpınarı kəşf edirəm" adlı esse müsabiqəsinin qalibləri Nəriman Əbdülrəhmanlı, Zərəngiz Dəmirçiqayalı, Yeganə Neymətulla, Təranə Vahid, Lamiyə Qurbanlı Türkiyənin İstanbul, Yalova, Əskişəhər, Konya və Bursa şəhərlərinə beş günlük səfər edib.

Yunus Əmrə İnstitutundan "Olaylar" - a bildirilib ki, səfərdə Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım və layihənin koordinatoru, yazıçı Şəhla Aslan da iştriak edib. Səfər zamanı qonaqlar Əskişəhər İcra Hakimiyyətinin başçısı Azmi Çelik, Bursa şəhər Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar, Osmanqazi Bələdiyyəsinin Kültür və Sosial İşlər müdiri Kenan Kır və onun müavini Mehmet Uzun, Türk Dünyası Vəqfinin rəhbəri Adnan Tekşanlə rəsmi görüşləri olub, onlara müxtəlif hədiyələr təqdim olunub.

Bursa şəhərində Osmanqazi Bələdiyyəsi tərəfindən qonaqların şərəfinə ziyafət təşkil edilib.

Konyada heyyəti Səlcuk Universitetinin professoru Ali Berat Alptekin və dosent Selcuk Pekar qarşılayaraq qonaqları şəhərlə yaxından tanış ediblər. Heyyət beş gün ərzində Türkiyənin tarixi-mədəni yerləri, Konyadakı N.Ərbakan və Səlcuq Universitetləri, Əskişəhərdəki Anadolu Universiteti, Türk Dünyası Elm, Kültür və Sənət Mərkəzi ilə tanış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31