Bəzi dərman preparatları qeybə çəkilib

Bəzi dərmanların adı, tərkibi və göstəriciləri eyni olsa da, birinin qiyməti digərindən kəskin şəkildə fərqlənir. Tərkibi və göstəriciləri eyni olduğu halda qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur. Əslində dövlət qeydiyyatına alınaraq satşıa çıxarılan dərmanların hamısının qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənir və hər biri haqqında məlumat da qurumun saytında yerləşdirilib. Buna baxmayaraq, qiymətlər arasındakı bu qədər fərq dərmanların keyfiyyəti məsələsini gündəmə gətirir. Məsələnin ciddiliyi rəsmi qurumları da hərəkətə gətirib.

Eyni tərkibli dərmanlar niyə müxtəlif qiymətə satılır?

Bəzi dərmanların adı, tərkibi və göstəriciləri eyni olsa da, birinin qiyməti digərindən kəskin şəkildə fərqlənir. Tərkibi və göstəriciləri eyni olduğu halda qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur. Əslində dövlət qeydiyyatına alınaraq satşıa çıxarılan dərmanların hamısının qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənir və hər biri haqqında məlumat da qurumun saytında yerləşdirilib. Buna baxmayaraq, qiymətlər arasındakı bu qədər fərq dərmanların keyfiyyəti məsələsini gündəmə gətirir. Məsələnin ciddiliyi rəsmi qurumları da hərəkətə gətirib. Səhiyyə Nazirliyinin sözçüsü Liya Bayramova bildirib ki, apteklərdə satılan bütün dərmanlar yoxlamadan keçirilir və keyfiyyətlidir.Tarif Şurasından katibliyindən verilən məlumata görə isə, qiymətlər arasındakı fərqin səbəbi dərmanı istehsal edən şirkətinin müasir texnalogiyalardan daha çox istifadə etməsi, bəynəlxalq sertifikatlara malik olması və istehsal edilən dərmanın maya dəyərinin yüksək olması ilə əlaqədardır. Belə dərmanlar əsasən Avropadan ölkəmizə idxal edilir. Bu zaman maraqlı bir məqam ortalığa çıxır:əgər dərmanın qiyməti onun maya dəyərinə uyğun deyil, hansı üsulla istehsalı və yaxud sahibkara neçəyə başa gələcəyi ilə müəyyən ediləcək idisə, nədən "vahid qiymət" məsələsi gündəmə gətirildi?

Məlumat üçün qeyd edək ki, ölkə parlamenti "Dərman vasitələri haqqında" və "Bioloji fəallığa  malik qida əlavələri haqqında"  qanunların tələblərini pozaulmasına görə cəzaların sərtləşdirilməsini təmin edib. Lakin əkspertlər hesab edirlər ki, sərt cəza siyasəti, inzibati təsdbirlərlazımı effekt verməyəcək.

Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, cəzaların sərtləşdirilməsi ilə dərmanların qiymət artımının qarşısını almaq mümkün deyil: "Bu gün mən faktiki bilirəm ki, biloji  fəallığa malik qida əlavələri ilə bağlı məlumatlarda onların dərman olmaması ilə bağlı hər hansı qeyd yoxdur. Bu  sahədə ciddi bir biznes şəbəkəsi  fəaliyyət göstərir ki, onlar əhalinin maarifləndirmə səviyyəsinin aşağı olduğundan və hansı preparatın dərman, hansının isə əlavə vasitə olduğunu bilmədiyindən  yararlanaraq  külli miqdarda gəlir əldə edirlər. Onlar həkimlərlə  əlbir olub  pasiyentlərə dərman preparatları ilə yanaşı bu, bioloji fəallığa malik qidaları  yazdırırlar.  Hansı ki, bu  bioloji fəallığa malik qidalara  əsas müalicə dərmanında qat-qat baha olur.  Xəstədə onun mahiyyətini bilmədiyindən əsas dərman qalır bir yana,  düşürlər  ikinci dərəcəli dərmanı axtarmağa. Nəticədə xəstələr əziyyətini çəkir.  Tapa bilməyəndə və ya onu almağa maddi imkanalrı olmayanda başlayırlar  millət vəkillərinə müraciət etməyə ki, onlara  yardımçı olaq. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsində bu sahədə qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı  nəzərdə tutulan cəza bu sahədə külli miqdarda gəlir edən şəxslər üçün elə də böyük cərimə deyil. Ona görə də təklif edirəm ki, əgər biz bu sahədə ciddi nizam-intizam yaratamaq istəyirksə və bu şəbəkəyə qarşı  səmərəli mübarizə aparmaq istəyiriksə cəzalar sərtləşdirilməlidir. Bir daha deyirəm bu  sahədə mütəşəkkil bir şəbəkə  fromalaşıb və buna qarşı səmərəli mübarizə metodu tapılmalıdır". Q. Paşayeva onu da əlavə edib ki, bu cəzaları tədricən də sərtləşdirmək olar: "Baxaq görək, bu cəza  hansı effekti verəcək. Əgər etməzsə gələcəkdə baxıb cəzanı daha da sərtləşdirmək olar". Deputat eyni zamanda ölkəyə idxal olunana dərman preparatlarının həddindən artıq baha olmasından narahatlığını dilə gətirib: "Bəzən elə olur ki,  xarici ölkə ilə mqayisədə Azərbaycanda satılan dərman arasında iki dəfədən artıq qiymət fərqi olur. Misal üçün mənim bir yaxınım onkoloji xəstəlikdən əziyyət çəkir, o, mənə istifadə etdiyi dərman preparatını Türkiyədən almağı xahiş etdi. Mən dedim ki, məgər Azərbaycanda yoxdur. Dedi ki, var, ancaq bahadır. Mən onu Türkiyədən 120 dollara aldığım halda, həmən dərman Azərbaycanda 450 manat civarında idi. İndi  kiminsə adamı xaricə gedirsə, onlara ən çox sifariş olunan şey dərmanla bağlıdır. Bu məsələlər  hansısa formada tənzimlənməlidir.  Kimlərinsə bu məqamlardan istifadə edib böyük gəlirlər əldə etməsinə imkan vermək olmaz. Belə hallar çoxdur və bunun qarşısı alınmalıdır".

Yeri gəlmişkən, qeyd edək ki, son zamanlar ölkədə psixi xəstələrin müalicəsi üçün nəzərdə tutulan bir sıra dərmanlar yoxa çıxıb, bəzisinin isə satışına qadağa qoyulub. Hələlik ölkəyə eyni tərkibli dərmanlar idxal ilunmadığından bu kateqoriyadan olan xəstələr çıxılmaz duruma düşüb.  Məlumata görə, hal-hazırda Azərbaycanda 20-dən çox tibbi təşkilat və müəssisəyə belə psixotrop maddələrlə xəstələrin müalicəsinə icazə verilib. Lakin problem orasındadır ki, bu xəstə tibb ocağından çıxdıqdan sonra psixotrop maddələrlə təmin olunmalıdırlar. Xəstənin yaxınları isə bu preparatları xüsusən rayon yerlərində apteklərdən əldə edə bilmirlər. Çünki hətta Bakının özündə xüsusi lisenziya almış və psixotrop maddələrin satışı ilə məşğul ola bilən apteklərin sayı çox məhduddur, bildiyimə görə bir neçə dənədir. Bir sıra apteklər müvafiq qurumlara xüsusi icazə üçün müraciət etsələr də, 1 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də icazə ala bilməyiblər. Xatırladaq ki, statistik məlumatlara görə, respublikada ancaq psixi xəstəliklərdən əziyyət çəkənlərin sayı 96 mindən çoxdur. Bundan başqa,  yüksək ağrıkəsici vasitələrə ehtiyac duyan digər xəstələr də var ki, onların da psixotrap dərman vasitələrindən istifadəsinə ehtiyac yaranır. Belə olan halda psixotrop dərmanların satışına icazənin cəmi bir neçə aptekə verilməsi əhali üçün böyük çətinliklər yaradır, hansı ki, hamının bu dərmanlar üçün Bakıya gəlməyə maddi imkanı yoxdur.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31