Deputat iqtisadi fəallığı artırmağa çağırdı
“Belə bir sənədin qəbulu vacibdir, ən azından əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması onun qəbulunun vacibliyini ortaya qoyur”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili eyni zamanda deyib ki, bu sənəd qəbul olunacağı halda, onun gələcəkdə işləməsi ölkədə iqtisadi fəallığın artırılması lazımdır: “İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır”.O, bildirib ki, qanun layihəsində həmçinin, bir sıra “ünvansız maddələr” var: “Bu cür ünvansızlığın olması düzgün deyil”.
28 Aprel 2017 14:26 Sosial"Belə bir sənədin qəbulu vacibdir, ən azından əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması onun qəbulunun vacibliyini ortaya qoyur". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili eyni zamanda deyib ki, bu sənəd qəbul olunacağı halda, onun gələcəkdə işləməsi ölkədə iqtisadi fəallığın artırılması lazımdır: "İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır".O, bildirib ki, qanun layihəsində həmçinin, bir sıra "ünvansız maddələr" var: "Bu cür ünvansızlığın olması düzgün deyil".