Gündəm
AŞ PA siyasi alət vasitəsinə çevrilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinq qərarı bir sıra qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Məlum oldu ki, təşkilat fəaliyyət göstərdiyi altımış səkkiz il ərzində Qərb dövlətlərinin əlində müsəlman aləminə qarşı təzyiq vasitəsi kimi istifadə edilib.
Azərbaycanın "Eurovision" mahnısı ilə bağlı qalmaqal - Erməni müğənnidən iddia -
Ermənistanı ötən il "Eurovision" mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan Dihajın ifa etdiyi "Skeletons" barədə iddia irəli sürüb. Həmin iddianı eschalley.com "Eurovision" xəbər saytı dərc edib. Məqalədə qeyd olunub ki, ötən gün Almaniyada yayımlanan "Eurovision" proqramında İveta qonaq olub. Müğənni bu il yarışmada iştirak edən 10 sənətçinin mahnıları barədə fikir bildirib.
Hadisənin yeni sevgilisi var - İDDİA
Hazırda istirahətdə olan müğənni Hadisə haqda yeni iddia səsləndirilib. Maldiv adalarında, daha sonra isə Dubayda dincələn Hadisə sosial mediadan da tez-tez fotolar paylaşır. Lakin "Duymayan kalmasın" proqramında yayımlanan fotolarda Hadisənin yanındakı kişinin sevgilisi ola biləcəyi səsləndirilib. Həvəskar kamera ilə çəkilmiş görüntüdə müğənninin həmin adama romantik baxışlarla baxması belə şərh edilib.
Canlı yayımda aparıcını ildırım vurdu - VİDEO
Aqramunt AŞPA Bürosunun iclasına gəlmədi
Avropa Şurası Parlament Assambleyasının sədri (AŞPA) qurumun Büro iclasında iştirak etməyib. Qurumun yaz sessiyasının bu gün keçirilən iclasına sədrlik edən AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib ki, P.Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.
Qarabağda daha bir erməni hərbçi məhv edildi
Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatının qarşısını alıb. Bu gün saat 9:30 radələrində Dağlıq Qarabağda atəşkəs rejimini pozan 1998-ci il təvəllüdlü erməni hərbçi Mqer Arzumanyan Azərbaycan Ordusunun cavab atəşi ilə öldürülüb.
"Zaxarova qeyri-peşəkar, daşıdığı vəzifəyə yaraşmayan mövqe ortaya qoyub"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyri-adekvat, qeyri-peşəkar, daşıdığı vəzifəyə yaraşmayan mövqe ortaya qoyub. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı APA-nın Moskva müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirərkən deyib.
"London taksi"lərii ikinövbəli qrafikə keçir
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı 247 ədəd "London Taxi"si iki növbəli qrafiklə xidmət göstərəcək.
Yol polisinin törətdiyi qəzada xəsarət alanlardan 2 nəfər Bakıya köçürüldü
Aprelin 27-də Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 5 nəfərdən 2-si Salyan rayon Mərkəzi Xəstəxanasından Bakıya göndərilib.
May ayının havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
ATƏT sədri: "Brüsselə Türkiyə ilə daimi təmas lazımdır, lakin..."
Brüsselə Türkiyə ilə daimi təmas lazımdır, lakin Avropa İttifaqına üzvlükdən söhbət gedə bilməz. Bunu Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts bəyan edib.
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın dini plüralizm nümunəsi
İlahiyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov qeyd edib ki, plüralist cəmiyyət fikri çox əvvəllərə gedib çıxsa da, bu məfhumun ortaya çıxması nisbətən yenidr. Plüralizm məsələsinə maraq İkinci Dünya müharibəsindən sonra müstəmləkəçilikdən azad olma (müstəmləkələrə, protektoratlara, dominionlara, mandat altında olan ərazilərə tam müstəqillik verilməsi) prosesi ilə artmışdır.
Ukraynadan Moskvaya ərazi İDDİASI: 8 ölkə arasında bölünəcək Rusiyanın...
Donetsk vilayəti hərbi-vətəndaş administrasiyasının başçısı Pavel Jebrivskiy Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib. O, bu barədə vilayət dövlət administrasiyasının kollegiya iclasında bildirib. “Mən, əlbəttə, Rostov vilayətinin Ukraynaya qayıdışını çox dəstəkləyirəm”, - Pavel Jebrivskiy bildirib.
14 yaşlı qızı atası, qardaşı və dayısı oğlu DƏFƏLƏRLƏ ZORLADI və... -
Orta məktəb şagirdinə ögey atası, ögey qardaşı və dayısı oğlu təcavüz edib. Hadisə Türkiyənin Əskişəhər bölgəsində yaşanıb. Bu barədə 14 yaşlı qız ilk dəfə sinif rəhbərinə danışıb. Təcavüzə məruz qalan S.Y. adlı qız anası Aynur Y.-nin ikinci nikahından olan qızıdır. Anası Məsud G. adlı şəxsdən boşanandan sonra onun atası ilə ailə qurub. Qız anasının hər yay tətili, bayramlarda onu Bursa şəhərində yaşayan keçmiş əri Məsud G.-nin evinə göndərdiyini deyib.














