Gündəm

Mədəniyyət Nazirliyindən seksual AKTRİSAYA QADAĞA

28 Aprel 2017 13:43

Kambocalı aktrisa Denni Kvan həddən artıq seksual olmaqda ittiham olunub. Kambocanın Mədəniyyət Nazirliyi aktrisanın çox seksual görüntüsü olduğunu əsas gətirərək onun filmlərdə çəkilməsinə qadağa qoyub. Mədəniyyət və İncəsənət Nazirliyi 24 yaşlı aktrisanın əsasnaməylə bağlı qaydaları pozduğunu dilə gətirib. Sosial şəbəkədə 300 mindən çox abunəçisi olan Kvan ittihamları rədd edərək, digər aktrisaların rollarından fərqli və həddən artıq seksual obrazlar oynamadığını bildirib.

Yəməndə xəstəxanaya hücum

28 Aprel 2017 13:35

Yəməndə Husi müxalif qrupu Taiz şəhərində yerləşən xəstəxanaya hücum təşkil ediblər. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Husilər Al-Thawra xəstəxanasının dializ mərkəzinə etdiyi hücumda 10 nəfər həlak olub., 12 nəfər ağır yaralanıb. Yəmənin koalisyon qüvvələri ilə Husi qruplaşması arasındakı gərgin münaqişə zamanı 9 qruplaşma üzvü həlak olub, 14 – ü ağır yaralanıb.

Ramiz Mehdiyev AMEA – da

28 Aprel 2017 13:34

Aprelin 28-də AMEA – nın  2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Terrorçular təslim oldular

28 Aprel 2017 13:23

Türkiyənin Tunceli vilayətində təhlükəsizlik qüvvələri PKK terror qruplaşmasına qarşı əməliyyat həyata keçirib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, əməliyyat zamanı 7 nəfər PKK – lı Təhlükəsizlik qüvvələrinə təslim olmaq istəyib. Digər PKK – lılar təslim olmaq istəyən 7 PKK – lıya silahlı hücum edən zaman, əməliyyat üzvləri təslim olmaq istəyənləri silahlı terrorçulardan xilas ediblər. Aparılan əməliyyat zamanı 1 PKK – lı terrorçu öldürülüb, 1 – i ağır yaralanıb. 

Dövlət Gömrük Komitəsinin sədri Ağsu şəhərində vətəndaşları qəbul edib

28 Aprel 2017 13:21

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

"İncə dərəsi" romanı çapdan çıxıb

28 Aprel 2017 13:20

Yazıçı-publisist İlham Əliyevin növbəti romanı çapdan çıxıb. Çağdaş ədəbiyyatımıza daxil olan "İncə dərəsi" kitabı müəllifin yaradıcı təxəyyülünün məhsulu olaraq maraqlı süjet əsasında qələmə alınıb.

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş idman tədbirləri başa çatdı

28 Aprel 2017 13:18

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri başa çatıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Şirvan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma, Respublika Olimpiya Manejində atletika, Bakı Ağ Şəhər bulvarı ərazisindəbasketbol, Şəmkir Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib. 800 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Şirvan, II yerə İmişli, III yerə Xocavənd, Yunan-Roma güləşi idman növü üzrə I yerə Şirvan, II yerə Sabirabad, III yerə Beyləqan, atletika idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər, basketbol idman növü üzrə I yerə Nərimanov, II yerə Xətai, III yerə Nizami, taekvando idman növü üzrə I yerə Şəmkir, II yerə Gəncə, III yerə Tovuz rayon və şəhərlərin komandaları layiq görülüb.

Narkotik vasitələrdən sui-istifadə edən şəxslər arasında profilaktik tədbirlər keçiriləcək

28 Aprel 2017 13:17

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə əsasən cari ilin may ayı ərzində narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulur.

Binəqədidə Zərifə Əliyevanın 94-cü ildönümü qeyd edilib

28 Aprel 2017 13:14

Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Xırdalanda bankomat yanıb

28 Aprel 2017 13:11

Abşeron rayonu, Xırdalan şəhərində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində “Dəmir Bank” ASC-yə məxsus 1 ədəd bankomatın yanar hissələri yanıb.Bitişik digər bankomat yanğından mühafizə olunub.Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elmar Məmmədyarov macar həmkarı ilə məktublaşdı

28 Aprel 2017 13:08

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

“İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub

28 Aprel 2017 13:07

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub.

“İçəri Şəhər”  WorldFest Houston – da

28 Aprel 2017 13:06

İlqar Safatın “İçəri Şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında nümayiş olunur. Təhminə Rafaella «Ən yaxşı qadın rolu», Firdovsi Atakişiyev «Ən yaxşı ikinci plan kişi rolu» mükafatlarına nominant elan olunublar. Hyuston şəhərində keçirilən festivalda Təhminə Rafaella filmimizi təqdim edir.

Ayşən Mehdiyevadan yeni klip -VİDEO

28 Aprel 2017 13:03

Muğam Müsabiqəsinin qalibi olan Ayşən Mehdiyeva “Eşqimiz” adlı yeni kilipini dinləyicilərinə təqdim edib. “Eşqimizin” sözləri Tağı Sadiqə, musiqisi isə Tahir Əkbərə məxsusdu. Ayşən Mehdiyevanın “Olaylar” – a verdiyi məlumata görə klip Bakı və Şamaxıda şəhərlərində, 3 günə çəkilib.

ATA: "Qızım, sənə "soyun" deyəcəklər - Amma xahiş edirəm ki..." -VİDEO

28 Aprel 2017 13:01

106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə atanın qızına kosmetika mağazasından yazdığı məktub səsləndirilib.