Ramiz Mehdiyev AMEA – da
Aprelin 28-də AMEA – nın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.
28 Aprel 2017 13:34 SosialAprelin 28-də AMEA - nın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Akademiyanın fəaliyyətini əks etdirən elmi nailiyyətlər sərgisi ilə tanış olublar. AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər, Akademiyanın Yüksək Texnologiyalar Parkında istehsal olunan yeni məhsullar nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda institut və təşkilatların fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.