Narkotik vasitələrdən sui-istifadə edən şəxslər arasında profilaktik tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə əsasən cari ilin may ayı ərzində narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə əsasən cari ilin may ayı ərzində narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulur. "OLAYLAR"-ın Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, tədbirlər Lənkəran, Xacmaz, Qusar, Siyəzən, Şabran, Astara, Masallı, Neftçala şəhər və rayonlarında keçiriləcək. Seminar-müşavirələrdə, Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, yerli komissiyaların üzvləri və aidiyyəti müvafiq qurumlarının nümayəndələrinin mövzuya dair çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq. Eyni zamanda seminar çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə hazırlanmış zəruri təbliğat və metodik materialları iştirakçılara paylanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31