“İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “İlahiyyata dair əlyazmalar kataloqu”nun II cildi çap olunub.
28 Aprel 2017 13:07 SosialAMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən "İlahiyyata dair əlyazmalar kataloqu"nun II cildi çap olunub.
Akademiyadan "Olaylar" - a bildirlib ki, kataloqu institutun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanova tərtib edib. Kitabın elmi redaktorları - institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və Ərəbdilli əlyazmalar şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Kamandar Şəriflidir. Farsdilli əlyazma təsvirlərinin redaktoru Könül Bağırova, ərəbdilli əlyazma təsvirlərinin redaktoru isə Yeganə Rəhnulladır.
Kitaba ərəb, fars və türk dillərində qiraət, təcvid və təfsirə dair əlyazmalaraın elmi-paleoqrafik təsviri daxil olunub.