Gündəm

Azərbaycanlı məşhura BİABIRÇI TƏKLİF:. "Sən əməl et, ölkəndə bundan xəbər tutmayacaqlar"..

28 Aprel 2017 12:58

Çəkildiyi “Səfərin ailəsi”, “Bacanaqlar”, “Tufanlı Səma”, “Qanlı yanvar”, “Üç badam, bir qoz” filmlərində oynadığı maraqlı obrazları ilə diqqət çəkib. Xarici görünüşünə və naz-qəmzəsinə görə rejissorlar onu çox vaxt sevgili, katibə obrazlarına dəvət edirlər.

"Vüsalənin maşınında oturub pulları sayanda..." - Ucuz "İphone" alverçiləri generallarla üz-üzə

28 Aprel 2017 12:56

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Ürküdücü kadrlar: Timsah ceyranı bir dəfəyə uddu

28 Aprel 2017 12:49

Kenyada çayı keçmək istəyən ceyranın iri timsah tərəfindən udulması kameralara düşüb. Ürküdücü kadrlarda iri timsahın gizlincə izlədiyi ceyranı anidən ağzına alıb udması əks olunub.

Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub - YENİLƏNİB 

28 Aprel 2017 12:44

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.

Ekspert: Türkiyə ona düşmən münasibət bəsləyən Avropanın qərarlarına əhəmiyyət vermir

28 Aprel 2017 12:38

Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir. Bunu Türkiyənin “Kafkassam” strateji araşdırmalar mərkəzinin analitiki Çağatay Balçı deyib.

Aleksandr Masalov: “Azərbaycan kimi ölkələr dünyada azlıq təşkil edir”

28 Aprel 2017 12:36

“Azərbaycan tolerant ölkə olduğunu sözdə deyil, əməldə göstərib. 2016-cı ildə Azərbaycanda “Multikultiralizm ili” elan olunub və bu istiqamətdə bir çox işlər görülüb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialında keçirilən “Gənclər Müasir Cəmiyyətdə: sosial bərabərliyə, mədəniyyətə və sülhə doğru. forumunda iştirak edən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Dünya Gənclər Konseyinin Azərbaycan rəhbəri Hacı Quliyev səsləndirib.

VİP qurultay keçirəcək

28 Aprel 2017 12:35

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, iclasda ölkədə yaranmş ümumi vəziyyət, partiyanın növbəti qurultayının çağırılması və cari məsələlər müzakirə olunub.

Şahin İsmayılov: “AŞPA-nın qərarını qınayırıq”

28 Aprel 2017 12:33

“Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qərarı təşkilatda islamofob meyllərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Onların bu qərarı tamamilə siyasi bir qərardır”. Bunu millət vəkili Şahin İsmayılov deyib.

ATƏT-dəki nümayəndəlik: "Türkiyədəki referendum xalqın rəhbərliyə etimadını göstərir"

28 Aprel 2017 12:29

“Biz Türkiyə rəhbərliyini və qardaş Türkiyə xalqını uğurlu şəkildə azad, ədalətli və demokratik referendum münasibətilə təbrik edirik”. Bu barədə Azərbaycanın ATƏTyanındakı daimi nümayəndəliyinin Türkiyədə keçirilmiş referendumla bağlı ATƏT Daimi Şurasına müraciətində deyilir.

XİN-dən Zaxarovaya cavab

28 Aprel 2017 12:30

Rusiyanın  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün keçirdiyi brifinqdə Azərbaycan mətbuatını təhqir etməsi sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. Həm media nümayəndələri, həm də ekspertlər azərbaycanlı jurnalistləri “xam” adlandıran Zaxarovanın hərəkətinin onun təmsil etdiyi  rəsmi posta uyğun olmadığını vurğulayıblar.

MSK partiyalarla bağlı geniş araşdırmalara başlayıb

28 Aprel 2017 12:28

Bu il ötən illərlə müqayisədə daha az siyasi partiyanın maliyyə hesabatını  təqdim etməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda siyasi partiyalarla bağlı geniş araşdırmaya başlayıb.

Rusiyada adam oğurluğunda təqsirli bilinən iki azərbaycanlıya hökm oxunub

28 Aprel 2017 12:25

Rusiyada adam oğurluğunda təqsirli bilinən iki azərbaycanlıya hökm oxunub. Proses Vladimirsk vilayətinin Aleksandrov şəhər məhkəməsində keçirilib. 27 yaşlı Toğrul Dadaşlı və 21 yaşlı Şahid Quliyev əlbir olaraq adam oğurluğu, zor tətbiqetmə və soyğunçuluqda təqsirli bilinib.

Ermənilər Füzuliyə zenit raketi atdı

28 Aprel 2017 12:23

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Musa Quliyev: “AŞPA bəzi dövlətlərə qarşı ikili standartlar irəli sürür”

28 Aprel 2017 12:21

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür”. Bunu millət vəkili Musa Quliyev deyib.

AŞPA-nın qərarı antitürk kampaniyasının tərkib hissəsidir

28 Aprel 2017 12:19

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş və dost Türkiyə ilə bağlı qərarı, 13 ildən sonra bu ölkəni yenidən monitorinq altına alması çox haqsız, çox ədalətsiz və çox yanlış addımdır. Bu qərarın, onu əsalandırmağa çalışanların da heç bir bəraəti olmaz.