Aleksandr Masalov: “Azərbaycan kimi ölkələr dünyada azlıq təşkil edir”
“Azərbaycan tolerant ölkə olduğunu sözdə deyil, əməldə göstərib. 2016-cı ildə Azərbaycanda “Multikultiralizm ili” elan olunub və bu istiqamətdə bir çox işlər görülüb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialında keçirilən “Gənclər Müasir Cəmiyyətdə: sosial bərabərliyə, mədəniyyətə və sülhə doğru. forumunda iştirak edən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Dünya Gənclər Konseyinin Azərbaycan rəhbəri Hacı Quliyev səsləndirib.
28 Aprel 2017 12:36 Siyasət"Azərbaycan tolerant ölkə olduğunu sözdə deyil, əməldə göstərib. 2016-cı ildə Azərbaycanda "Multikultiralizm ili" elan olunub və bu istiqamətdə bir çox işlər görülüb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialında keçirilən "Gənclər Müasir Cəmiyyətdə: sosial bərabərliyə, mədəniyyətə və sülhə doğru. forumunda iştirak edən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Dünya Gənclər Konseyinin Azərbaycan rəhbəri Hacı Quliyev səsləndirib. O, bildirib ki, bu gün Azərbaycan dünyaya millətindən, dininindən, irqindən asılı olmayaraq, bütün insanların bir arada xoşbəxt yaşaya bildiyi bir ölkə olduğunu dünyaya sübut edib: "Bu gün Bakı şəhərinin tam mərkəzində erməni kilsəsi yerləşir və həmin kilsə əsaslı təmir olunaraq qorunub saxlanılır. Çox təəssüf ki, bizim bədnam qonşularımız işğal etdikləri 20 faiz torpaqlarda tarixi abidələri dağıtmışdılar. Amma beynəlxalq təşkilatlar bu vandalizmə göz yumur". Forumun moderatoru, siyasi elmlər doktoru Aleksandr Masalov ictimai xadimin çıxışına dəstək olaraq, fikrini bildirib: "Bəli, dini bərabərlik mümkündür. Nümunə olaraq Azərbaycanı göstərə bilərəm. Amma çox təəssüf hissi ilə qeyd edək ki, Azərbaycan kimi ölkələr dünyada azlıq təşkil edir". Qeyd edək ki, auditoriyada erməni gəncləri çoxluq təşkil edib.