AŞPA-nın qərarı antitürk kampaniyasının tərkib hissəsidir
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş və dost Türkiyə ilə bağlı qərarı, 13 ildən sonra bu ölkəni yenidən monitorinq altına alması çox haqsız, çox ədalətsiz və çox yanlış addımdır. Bu qərarın, onu əsalandırmağa çalışanların da heç bir bəraəti olmaz.
28 Aprel 2017 12:19 Siyasət"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş və dost Türkiyə ilə bağlı qərarı, 13 ildən sonra bu ölkəni yenidən monitorinq altına alması çox haqsız, çox ədalətsiz və çox yanlış addımdır. Bu qərarın, onu əsalandırmağa çalışanların da heç bir bəraəti olmaz. Bu, Avropada, Qərb dünyasında illərdir Türkiyəyə qarşı açıq-gizli yürüdülən antitürk, antiTürkiyə kampaniyasının bir tərkib hissəsidir". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, AŞPA-nın məlum qərarının Azərbaycan cəmiyyəti tərəfindən də haqlı narazılıq və kəskin etirazla qarşılnması təsadüfi sayıla bilməz: "Çünki dahilərimizin, öndərlərimizin dediyi kimi, biz iki dövlət-bir millətik. Türkiyənin sevinci bizim sevincimiz, Türkiyənin acısı bizim acımızdır, eynilə də, Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir. Türkiyəyə qarşı atılan hər hansı bir yanlış addım da Azərbaycana qarşı atılmış bir hərəkətdir, bu, belə dəyərləndirilməlidir və hər zaman da belə dəyərləndiriləcək. Bunun əksi mümkün deyil". J. Əliyeva hesab edir ki, ermənipərəst dairələrin himayəçisinə çevrilmiş beynəlxalq qurumların, o cümlədən, AŞPA-nın hər hansı bir qərarı, qərəzli addımı nə Türkiyəni, nə də Azərbaycanı sindirə, onu öz yolundan döndərə biləcək: "Bu cür qərəzli addımlarla istər Türkiyənin, istərsə də Azərbaycanın zəifləyəcəyini, sözə və ələ baxan "üçüncü dünya dövləti" olacağını düşünlər, bunu öz qafalarında hesablayanlar çox səhv və yanlış düşünürlər. Nə Türkiyəni, nə də Azərbaycanı belə addımlarla zəiflətmək, gücsüzləşdirmək mümkün olacaq. Əksinə, istər Türkiyə, istərsə də Azərbaycan bu cür addımlar qarşısında daha dimdik dayanacaq, hər zaman olduğu kimi, bu dəfə də bu sınaqdan, bu mübarizədən daha güclü və daha əzmli şəkildə çıxa biləcək. Buna hər kəs, o cümlədən, AŞPA-dakı antitürk, antiTürkiyə, antiAzərbaycan dairələri da tam əmin olsunlar".