Gündəm

Monteneqro ilə əməkdaşlıq sazişi imzalanıb

28 Aprel 2017 12:16

Azәrbaycan Respublikası Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Monteneqronun Podqoritsa şəhərində rəsmi səfərdədir.

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi yenidən qurulur

28 Aprel 2017 12:15

"Azəravtoyol” ASC tərəfindən Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun bir hissəsinin yenidən qurulması işlərinə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yenidən qurulan hissə Beyləqan və Füzuli rayonunun Horadiz qəsəbəsi arasında yerləşir və Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 112-177-ci km-ni əhatə edir.

Sahib Məmmədov: “Ermənilərə hər yerdə böyük dəstək var”

28 Aprel 2017 12:14

“Kim nə deyir desin. Ermənilərə hər yerdə böyük dəstək var. Mən BMT strukturlarında bunu aşkar görürəm”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri bu günlərdə BMT-nin Cenevrədə keçirilən toplantısında iştirak edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib.

Bakıdan İrəvana köçmüş erməni qadın: “Köçkünlər Ermənistandan qaçmaq üçün fürsət axtarırlar”

28 Aprel 2017 12:11

Ermənistanı qorxulu yuxu kimi untumaq istəyirəm. Bu fikirlər Azərbaycandan Ermənistana köçmüş və adı gizli saxlanılan qadının "Epress" qəzetində dərc olunan məktubunda vurğulanıb.

Rusiya parada hazırlaşır

28 Aprel 2017 12:09

Rusiyanın paytaxtı Moskvada 9 May - Qələbə Günü münasibətilə təntənəli hərbi parada hazırlıqlar başlanıb. Moskva küçələrindən keçən hərbi texnika, o cümlədən qitələrarası ballistik raketlərin buraxılış qurğuları Qızıl Meydanda keçidin məşqlərinə cəlb olunub. 

Rusiyadan aldığımız BTR-82A hansı üstünlüklərə malikdir?

28 Aprel 2017 12:04

Bir neçə gün öncə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib.

Kəmaləddin Qafarov: “Bizə qarşı qərəzli mövqe olmamalıdır”

28 Aprel 2017 12:02

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir. Hətta deyərdim ki, bu, qanunauyğunsuzluqdur”. Bunu millət vəkili Kəmaləddin Qafarov deyib.

Özbəkistanın aparıcı kitabxanasına “Azərbaycan ədəbiyyatı Özbək dilində”  adlı kitab kolleksiyası hədiyyə edilib

28 Aprel 2017 11:55

Özbəkistan kitabxanalarının fondlarını Azərbaycana dair nəşrlərlə zənginləşdirilməsi işi artıq ənənən halını alıb. Bu məqsədlə hər il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çoxsaylı kitab kolleksiyaları hazırlayır və kitabxana müəssisələrinə hədiyyə edir. Dünən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan ədəbiyyatı Özbək dilində” adlı kitab Kolleksiyası Özbəkistanın Ə.Nəvai adına Milli Kitabxanasına hədiyyə edilib.

"Sərhədsiz reportyorlar"ın "sərhədsiz yalanları"

28 Aprel 2017 11:46

"Dünyada mətbuat azadlığının səviyyəsi son 13 ildə ən aşağı həddə düşüb. Səbəb əvvəlki illərdən fərqli olaraq, avtoritar rejimli ölkələrlə yanaşı, böyük, demokratik quruluşlu ölkələrdə də jurnalistlərə və media orqanlarına qarşı görünməmiş təhdidlərin başlanılmasıdır".

Rusiyada azərbaycanlı iş adamı öldürüldü

28 Aprel 2017 11:44

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb. Hadisə Orenburq vilayətinin Orsk şəhərinə baş verib. İstintaq Komitəsinin məlumatında bildirilir ki, Çerniqovsk küçəsində öldürülən şəxs 31 yaşlı Azərbaycan vətəndaşıdır. Onun xırda ticarət ilə məşğul olduğu və kirayə mənzildə yaşadığı bildirilir.

Şəfəq Hüseynli: “Qadağan olunmuş maddələrin siyahısı hazırlanıb” 

28 Aprel 2017 11:42

“Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) fəal formada fəaliyyətə başlayıb. Biz artıq yarış zamanı və yarışdankənar bir neçə cür testlər aparmışıq. AMADA beynəlxalq federasiyalar tərəfindən bir çox sifarişlər alıb. Hazırda həmin sifarişləri həyata keçiririk”. Bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli deyib.

Alpaqut Federasiyası Türkiyəyə qarşı ədalətsizliyə etiraz edir BƏYANAT

28 Aprel 2017 11:40

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyəyə qarşı qərəzli qərar çıxarması Azərbaycanın Alpaqut Federasiyası tərəfindən qəti şəkildə pislənilir”. Bu barədə Azərbaycan Alpaqut Federasiyasının İctimai-təşkilati məsələlər üzrə departament rəhbəri Nuranə Şıxəliyeva AŞPA-nın Türkiyə ilə bağlı siyasi monitorinq tətbiqi qərarına münasibətini bildirərkən deyib.

Musa Qasımlı: “Bəzi dairələr Türkiyəni güclü görməkdə maraqlı deyillər”

28 Aprel 2017 11:38

“Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir”. Bunu  millət vəkili, professor Musa Qasımlı deyib.

"Biz doğru bildiyimiz yolda irəliləməyə davam edəcəyik”

28 Aprel 2017 11:35

"Avropa Birliyi başda olmaqla, qurum və dövlətlərin 16 aprel referendumu ilə bağlı ölkəmizin demokratiyasını nəzarətdən keçirməsinə icazə verməyəcəyik." Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib dünən Ərdoğan Konstitusiya Məhkəməsinin 55-ci ildönümündə çıxışı zamanı deyib.

Messi: "Forma dəyişməyi yalnız Zidandan istəmişəm"

28 Aprel 2017 11:33

"Barselona"nın canlı əfsanəsi Lionel Messi karyerasında cəmi bir dəfə forma dəyişdirmək barədə xahiş etdiyi futbolçunun adını açıqlayıb.