Sahib Məmmədov: “Ermənilərə hər yerdə böyük dəstək var”

“Kim nə deyir desin. Ermənilərə hər yerdə böyük dəstək var. Mən BMT strukturlarında bunu aşkar görürəm”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri bu günlərdə BMT-nin Cenevrədə keçirilən toplantısında iştirak edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib.

"Kim nə deyir desin. Ermənilərə hər yerdə böyük dəstək var. Mən BMT strukturlarında bunu aşkar görürəm". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri bu günlərdə BMT-nin Cenevrədə keçirilən toplantısında iştirak edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib. O, bildirib ki, əgər hansısa beynəlxalq təşkilatda Azərbaycanı dəstəkləyən bircə nəfər olursa dərhal ermənilər hərəkətə keçir və əvvəl- axır onu vururlar: "Bizdən fərqli olaraq onlar bu məslədə axıra qədər gedir. Bizim əhəmiyyətsiz saydıqlarımızı onlar əhəmiyyətli sayır. Odur ki çoxları ermənilərdən çəkinir. Bu işdə erməniləri bir neçə müttəfiqi var. Birincisi güclü və pullu diaspora, hansılar ki, hətta Ermənistan rejimini sevməsə belə, erməni məsləsində birmənalı mövqedədir. İkincisi dini amil, üçüncüsü və ən təhlükəlisi ermənilərə işləyən azərbaycanlılardır. Götürün son bir ili. Bu bir il ərzində ermənilərin və onların havadarlarının hazırladıqları antiazərbaycan mətnlərinə kimlər imza atıb? Onda görəcəksiz bizim vəziyyət nə qədər çətindir. Aİ ilə yaxınlaşmaq istərkən ermənilərin müraciətinə imza atanlar, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündan Azərbaycanın çıxarılmasına imza atanlar, Açıq Hökumət Beynəlxalq Təşəbbüsündən Azərbaycanın çıxarılması üçün müraciət edənlər, Ombudsmanın BMT-dəki A statusunun alınması üçün müraciət edənlər. Bunlar hamısı bizim həmvətənlərdi". Sahib Məmmədov qeyd edib ki, onların bir qismi Avropada, digərləri Azərbaycandadır: "Onlar hakimiyyətə qarşı mübarizə aparmaq, ölkədə demokratiya və insan hüquqlarını təmin etmək pərdəsi arxasında gizləniblər. Əslində isə Azərbaycanın dövlət kimi süqut etməsinə səy göstərirlər. Bu adamlar nəinki ictimai qınağa tuş gəlmirlər, hətta dövlət mövqeində olan insanları ləkələmək və gözdən salmaq xətti tutublar və buna nail olurlar. Ən pisi də budur. Ondan da pisi belələrinin qol-qanad açmasına şəritin yaradılmasıdır. Keçən əsrin əvvəllərində də belə olub. Daşnaklara Azərbaycanda qırğın törətməkdə konkret kömək edən azərbaycanlılar olub. İndi sadəcə artıb onların nəsilləri".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31