Monteneqro ilə əməkdaşlıq sazişi imzalanıb

Azәrbaycan Respublikası Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Monteneqronun Podqoritsa şəhərində rəsmi səfərdədir.

Azәrbaycan Respublikası Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Monteneqronun Podqoritsa şəhərində rəsmi səfərdədir. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, sәfәr zamanı nümayәndә heyәti Monteneqronun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Kemal Purisiclə görüşüb. F.Nəbiyev hələ 2013-cü ildə "Azәrbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə"nin imzalandığını xatırladıb. Ötən dövr ərzində Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq, həmçinin sərmayələrin təşviqi və qarşılıqlı qorunması, o cümlədən turizm sahəsində əməkdaşlıq haqqında, eləcə də humanitar sahədə imzalanmış bir sıra sazişlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsinə geniş imkanlar açdığını deyib. Görüşdə miqrasiya, o cümlәdәn әmәk miqrasiyası, onlara tәsir edәn amillәr, bu prosesin tәnzimlәnmәsi mexanizmlәri, bu sahәdә olan qanunvericilik bazası vә digәr mәsәlәlәr әtrafında sәmәrәli fikir mübadilәsi aparılıb. Daha sonra Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodziclə görüşüb. Sonda "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş"in təntənəli imzalanma mərasimi keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31