Özbəkistanın aparıcı kitabxanasına “Azərbaycan ədəbiyyatı Özbək dilində”  adlı kitab kolleksiyası hədiyyə edilib

Özbəkistan kitabxanalarının fondlarını Azərbaycana dair nəşrlərlə zənginləşdirilməsi işi artıq ənənən halını alıb. Bu məqsədlə hər il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çoxsaylı kitab kolleksiyaları hazırlayır və kitabxana müəssisələrinə hədiyyə edir. Dünən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan ədəbiyyatı Özbək dilində” adlı kitab Kolleksiyası Özbəkistanın Ə.Nəvai adına Milli Kitabxanasına hədiyyə edilib.

Özbəkistan kitabxanalarının fondlarını Azərbaycana dair nəşrlərlə zənginləşdirilməsi işi artıq ənənən halını alıb. Bu məqsədlə hər il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi çoxsaylı kitab kolleksiyaları hazırlayır və kitabxana müəssisələrinə hədiyyə edir. Dünən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Azərbaycan ədəbiyyatı Özbək dilində" adlı kitab Kolleksiyası Özbəkistanın Ə.Nəvai adına Milli Kitabxanasına hədiyyə edilib.

Qeyd edək ki, sözügedən kitablar cari il 29 mart tarixində Bakıda Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında "Azərbaycan ədəbiyyatı özbək dilində" adlı layihə ilə ictimaiyyətə təqdim olunmuşdur.

"Azərbaycan ədəbiyyatı Özbək dilində" kitab kolleksiyasına Özbəkistanın xalq şairi Camal Kamalın tərcüməsi Nizami Gəncəv "Sirlər xəzinəsi", özbək tərcüməçi Olimcan Buriyevin tərcüməsi ilə Nizami Gəncəvi "Xəmsə", "XX əsr Azərbaycan şeiriyyəti antologiyası","Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана", "Azərbaycan yazıçılarının hekayələri", Məhəmməd Füzulinin "Kalb kovhari", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri", professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası (özbək dilində), "Müasir Azərbaycan şairlərinin şeirləri", tanınmış yazıçı Yunus Oğuzun "Sultan Alp Arslan", "Şah arvadı və cadugər" romanları, Azərbaycanın Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon", Özbək araşdırmaçı Şuxrat Salamovun "Карабах война идей", "Туркестан и Южный Кавказ XIX - XX вв. Дашнаки от Ферганы до Карабаха" adlı kitabları daxildir.

Yaxın zamanlarda sözügedən kolleksiyanın, ölkəmizə dair çoxsaylı nəşrlərin Səmərqənd və Buxara şəhərlərinin kitabxanalarına da göndərilməsi nəzərdə tutulub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə ötən illərdə də ölkəmizə dair Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin göndərdiyi nəşrlər, habelə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin topladığı kitab kolleksiyası qardaş Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə edilib.

Diplomat bu istiqamətdə son 4 ildə "Azərbaycanı tanıyaq" layihəsinin həyata keçirildiyini və layihə əsasında ölkəmizə dair yüzlərlə nəşrin Özbəkistanın aparıcı kitabsaxlayıcılarına hədiyyə edildiyini söyləyib.

Samir Abbasov əsas məqsədlərinin Azərbaycanın təbliği, Özbək dilində Azərbaycana dair məlumatların, mənbələrin artırılması və ölkəmizlə əlaqədar informasiya əldə etmək istəyən oxuculara, araşdırma aparmaq istəyən tədqiqatçılara geniş imkanlar yaradılması olduğunu bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31