Şəfəq Hüseynli: “Qadağan olunmuş maddələrin siyahısı hazırlanıb” 

“Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) fəal formada fəaliyyətə başlayıb. Biz artıq yarış zamanı və yarışdankənar bir neçə cür testlər aparmışıq. AMADA beynəlxalq federasiyalar tərəfindən bir çox sifarişlər alıb. Hazırda həmin sifarişləri həyata keçiririk”. Bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli deyib.

"Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) fəal formada fəaliyyətə başlayıb. Biz artıq yarış zamanı və yarışdankənar bir neçə cür testlər aparmışıq. AMADA beynəlxalq federasiyalar tərəfindən bir çox sifarişlər alıb. Hazırda həmin sifarişləri həyata keçiririk". Bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli deyib.

O qeyd edib ki, AMADA hər gün yeni missiyalar həyata keçirir: "Elə günlər olur ki, bir neçə missiyaya gedirik. Bu həftənin axırı bizim 3-4 missiyamız var. Artıq Azərbaycan dilində qadağan olunmuş maddələrin siyahısı hazırlanıb. Bu siyahı bütün federasiyalara göndərilir. Antidopinq qaydaları da çap olunub və birinci gün bütün federasiyalara göndərilib. Federasiyalar, idmançılar, məşqçilər və idmançılarla əlaqədə olan bütün insanlar milli antidopinq qaydaları ilə tanış olmalıdırlar. Onu da qeyd edim ki, bizim "Facebook" səhifəmiz də dünəndən fəaliyyətə başlayıb". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31