Rusiya parada hazırlaşır
Rusiyanın paytaxtı Moskvada 9 May - Qələbə Günü münasibətilə təntənəli hərbi parada hazırlıqlar başlanıb. Moskva küçələrindən keçən hərbi texnika, o cümlədən qitələrarası ballistik raketlərin buraxılış qurğuları Qızıl Meydanda keçidin məşqlərinə cəlb olunub.
28 Aprel 2017 12:09 DünyaRusiyanın paytaxtı Moskvada 9 May - Qələbə Günü münasibətilə təntənəli hərbi parada hazırlıqlar başlanıb. Moskva küçələrindən keçən hərbi texnika, o cümlədən qitələrarası ballistik raketlərin buraxılış qurğuları Qızıl Meydanda keçidin məşqlərinə cəlb olunub. Bu arada Rusiya prezidenti Vladimir Putin Moskvada Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb. Görüş əsnasında V.Putin bildirib ki, Şimali Koreya ilə bağlı situasiya mütləq şəkildə danışıqlar vasitəsilə, sülh yolu ilə çözülməlidir. Milli.az ABC-yə istinadən xəbər verir.


















