Alpaqut Federasiyası Türkiyəyə qarşı ədalətsizliyə etiraz edir BƏYANAT
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyəyə qarşı qərəzli qərar çıxarması Azərbaycanın Alpaqut Federasiyası tərəfindən qəti şəkildə pislənilir”. Bu barədə Azərbaycan Alpaqut Federasiyasının İctimai-təşkilati məsələlər üzrə departament rəhbəri Nuranə Şıxəliyeva AŞPA-nın Türkiyə ilə bağlı siyasi monitorinq tətbiqi qərarına münasibətini bildirərkən deyib.
28 Aprel 2017 11:40 Siyasət"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyəyə qarşı qərəzli qərar çıxarması Azərbaycanın Alpaqut Federasiyası tərəfindən qəti şəkildə pislənilir". Bu barədə Azərbaycan Alpaqut Federasiyasının İctimai-təşkilati məsələlər üzrə departament rəhbəri Nuranə Şıxəliyeva AŞPA-nın Türkiyə ilə bağlı siyasi monitorinq tətbiqi qərarına münasibətini bildirərkən deyib.
"Türkiyədəki demokratik dəyərlərin və uzun illərdən fəri formalaşmış dövlətçilik ənənələrinin AŞPA tərəfindən "siyasi nəzarətə" götürülməsi qəbuledilməz bir haldır"-deyə qeyd edən Nuranə Şıxəliyevanın dediyinə görə, 2004-cü ildə Türkiyə Respublikası üzərindən siyasi monitorinqin götürülməsi də sübut edir ki, bu ölkədə mövcud siyasi mühit Avropa dəyərlərinə cavab verir: "Yenidən monitorinq tətbiqi isə qərəzçilikdən başqa heç nə deyil. Türk döyüş növlərinin Azərbaycan təmsilçisi - Alpqaut Federasiyası mövcud məsələ ilə bağlı öz etirazını bildirir və bütün türkdilli xalqları bu ədalətsiz qərarı pisləməyə çağırır".
Qeyd edək ki, Azərbaycan Alpaqut Federasiyası (əvvəlki adı: Azərbaycan Sayokan Federasiyası) mövcud adını 2014-cü ilin fevral ayından daşıyır. Federasiyanın prezidenti Aqil Acalovdur. Sia.az