Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi yenidən qurulur

"Azəravtoyol” ASC tərəfindən Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun bir hissəsinin yenidən qurulması işlərinə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yenidən qurulan hissə Beyləqan və Füzuli rayonunun Horadiz qəsəbəsi arasında yerləşir və Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 112-177-ci km-ni əhatə edir.

"Azəravtoyol" ASC tərəfindən Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun bir hissəsinin yenidən qurulması işlərinə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yenidən qurulan hissə Beyləqan və Füzuli rayonunun Horadiz qəsəbəsi arasında yerləşir və Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 112-177-ci km-ni əhatə edir. III texniki dərəcəyə uyğun olaraq yenidən qurulan 65 km-lik yol 2 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarının hər birinin eni 3.5 metr, çiyinlərin eni 0.5 metr bərkidici zolaqla birgə 2.5 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir. Layihə çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilir, hərəkət hissəsi hazır olan ərazilərin isə asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 500 min m2-dən çox hissəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək. Bundan başqa yenidən qurulan yolun üzərində yerləşən 6 ədəd 2 aşrımlı, uzunluqları 24-36 metr olan avtomobil körpüləri əsaslı şəkildə təmir olunub, hərəkət hissələrinin eni genişləndirilərək 10-12 metrə çatdırılıb. Layihəyə uyğun olaraq yol boyu 60 ədəd suötürücü borunun tikintisi də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31