VİP qurultay keçirəcək
Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, iclasda ölkədə yaranmş ümumi vəziyyət, partiyanın növbəti qurultayının çağırılması və cari məsələlər müzakirə olunub.
28 Aprel 2017 12:35 SiyasətVətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda ölkədə yaranmş ümumi vəziyyət, partiyanın növbəti qurultayının çağırılması və cari məsələlər müzakirə olunub. Ölkənin mühüm tarixi dönəmdə olduğunu qeyd edən Ə.Əliyev VİP-in qarşıdakı mərhələyə yönəlik fəaliyyət istiqammətlərini göstərib. VİP Nizamnaməsinnə əsasən, partiyanın növbəti Qurultayının çağırılmasının zəruriliyini diqqətə çatdıran Ə.Əliyev bununla bağlı Təşkilat Komitəsinin yaradılmasının vacibliyini deyib. Siyasi Şura üzvlərinin ətraflı müzakirəsindən sonra Təşkilat Komitəsinin tərkibi seçilib və VİP-in növbəti Qurultayının 2017-ci il mayın 28-də keçirilməsi qərara alınıb.