Rusiyada adam oğurluğunda təqsirli bilinən iki azərbaycanlıya hökm oxunub
Rusiyada adam oğurluğunda təqsirli bilinən iki azərbaycanlıya hökm oxunub. Proses Vladimirsk vilayətinin Aleksandrov şəhər məhkəməsində keçirilib. 27 yaşlı Toğrul Dadaşlı və 21 yaşlı Şahid Quliyev əlbir olaraq adam oğurluğu, zor tətbiqetmə və soyğunçuluqda təqsirli bilinib.
28 Aprel 2017 12:25 KriminalRusiyada adam oğurluğunda təqsirli bilinən iki azərbaycanlıya hökm oxunub. Proses Vladimirsk vilayətinin Aleksandrov şəhər məhkəməsində keçirilib. 27 yaşlı Toğrul Dadaşlı və 21 yaşlı Şahid Quliyev əlbir olaraq adam oğurluğu, zor tətbiqetmə və soyğunçuluqda təqsirli bilinib. Məhkəmə müəyyən edib ki, 2015-ci il noyabrın 26-da iki azərbaycanlı bahalı xarici avtomobilə sahib Aleksandrov şəhərinin sakinini oğurlayıblar. Onlar hesab ediblər ki, bahalı avtomobilin sahibinin pulu da çox olmalıdır. Gecə onu izləyərək silahla təhdid ediblər və öz avtomobilində qaçırıblar. Onu başqa bir yaşayış məntəqəsində yerləşən vaqona gətiriblər. T. Dadaşlı və Ş. Quliyev həmin həmin şəxsin üzərində olan mobil telefon, bank kartı, pul və avtomobilin açarını götürüblər. Sonra zərərçəkmişi öz avtomobilində evinə gətirərək səhərə kimi orada saxlayıblar. Hadisə zamanı həmin şəxs ağır kəllə-beyin travması alıb və ona təxminən 45 min manat maddi ziyan dəyib. İstintaq zamanı azərbaycanlılar törətdikləri əməli etiraf ediblər və maddi ziyanı ödəyiblər. Məhkəmənin qərarına əsasən Şahid Quliyev 13 il, Toğrul Dadaşlı isə 10 il azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Zərərçəkmişin xeyrinə T. Dadaşlı və Ş. Quliyevdən 53 min manat pul alınıb. APA-nın "tv-mig.ru" saytına istinadən xəbər verir.