AŞ PA siyasi alət vasitəsinə çevrilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinq qərarı bir sıra qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Məlum oldu ki, təşkilat fəaliyyət göstərdiyi altımış səkkiz il ərzində Qərb dövlətlərinin əlində müsəlman aləminə qarşı təzyiq vasitəsi kimi istifadə edilib.

Türkiyənin belə bir ədalətsiz yanaşmaya məruz qalması heç bir məntiqə sığmır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinq qərarı bir sıra qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Məlum oldu ki, təşkilat fəaliyyət göstərdiyi altımış səkkiz il ərzində Qərb dövlətlərinin əlində müsəlman aləminə qarşı təzyiq vasitəsi kimi istifadə edilib. Elə bu səbədən də istənilən prinspial məslələrdə, daha doğrusu Avropanın maraqlarına uyğun gəlməyən siyasi, iqtisadi və humanitar proseslərdə insan hüquqları "aləti" ortalığa atılaraq ikili standartlar nümayiş etdirir. Türkiyənin uzun illər dövlətçilik, demokratik ənənələlərinə malik alduğunu anlayan Avropa Şurası indi də islamafib maraqlardan çıxış etmək yolu tutub. Təbii ki, AŞ PA-nın özünün alətə çevrildiyi bu siyasət nəinki Türkiyədə, eləcə də bir sıra dünya ölkələrindən qərəzli mövqe kimi qarşılanıb. Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərarı ədalətsiz və qərəzli yanaşmanın təzahürüdür: "Nəzərə almaq lazımdır ki, AŞPA üzvlərinin bir hissəsi bu qərarın əleyhinə çıxdılar və bunun üçün onların kifayət qədər ciddi arqumentləri var idi. Ancaq buna baxmayaraq, təəssüf ki, bu dəfə də Avropa Şurası Parlament Assambleyası çoxstandartlı bir yanaşmanın təzahürü olan bu qərarı ortaya qoydu. Bununla da Avropada bu günə qədər ən müxtəlif səviyyələrdə özünü göstərən bir sıra meyillərin bu təşkilatın daxilində də artıq aparıcı mövqeyə malik olduğunu bir daha sübut etdi. Belə qərarların qəbulu əməkdaşlığa, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə və problemlərin həllinə dialoq vasitəsilə yanaşılmasına istinad etməli olan Avropa Şurası kimi mötəbər bir təşkilatın iş prinsiplərinin obyektivliyini sual altına qoyur, həmçinin elan olunmuş dəyərlərlə real fəaliyyət arasında çox böyük fərqin olduğunu göstərir". MM sədrinin müavini bildirib ki, Türkiyə həm Avropa Şurasına, eləcə də mövcud beynəlxalq problemlərin həllinə töhfə verən ölkə kimi tanınır. Çox çətin bir regionda Avropanın daha ciddi problemlərlə üzləşməməsi üçün sipər rolunu oynayan Türkiyənin belə bir ədalətsiz yanaşmaya məruz qalması heç bir məntiqə sığmır: "Avropa qurumları Türkiyənin dünya nizamının qaydaya salınması və Avropanı təhdid edən bir sıra təhlükələrin qarşısının alınması üçün lazım olan bütün imkanlarını səfərbər etməsini nəzərə almalı idi. Türkiyənin bu regiondakı mövcud problemlərin həlli üçün, həm də Avropanın köməyi olmadan, təkbaşına çalışmasına rəğmən belə bir yanaşmaya məruz qalması haqsızlıq və ədalətsizlikdir. Lakin hər kəs bilməlidir ki, qardaş ölkəni belə qərarlarla qorxutmaq mümkün deyil. O, öz siyasətini ardıcıl və məqsədyönlü şəkildə həyata keçirir və doğru bildiyi məsələlərlə bağlı mövqeyini dəyişmir". Vitse-spiker deyib ki, Türkiyə nümayəndə heyəti Avropa Şurasında lazım olan bütün addımları atdı. Azərbaycan nümayəndə heyəti də bütün məqamlarda Türkiyənin yanında oldu, hətta bir çox hallarda onlardan daha çox bu məsələlərə etirazını bildirdi: "Təəssüf ki, bu qərarın qəbul edilməsinin qarşısını almaq mümkün olmadı. Amma mövqe ortadadır. Yəni, iki mövqe var - biri əməkdaşlığa, qarşılıqlı yardıma, anlaşmaya əsaslanan, biri də təzyiqə, öz diktəsini, öz iradəsini qəbul etdirməyə yönələn yanaşma. Bu iki yanaşmanın mübarizəsi gedir. Bu gün dünya təkcə terrorla deyil, həm də bu cür yanaşmalarla təhdid olunur. Çox təəssüf ki, Türkiyə və Azərbaycan kimi ölkələr həm terrorla, həm də beynəlxalq ədalətsizliklə mübarizə aparmalı olur. Odur ki, biz növbəti dəfə Türkiyənin yanında olduğumuzu göstərdik və bundan sonra da hər zaman belə olacaq".

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, tam məsuliyyətlə demək olar ki, Avropa Şurası əhəmiyyətsiz, lazımsız bir qurumdur: "Bu gün dünyada, beynəlxaql təşkilatlarda   ikili standartlar siyasəti var, bu, birmənalıdır. Biz Avropa Şurasının ikili standartının dəfələrlə şahidi olmuşuq və onların Türkiyə ilə bağlı qərarı da bu qəbildən olan qərardır. AŞPA-nın  bu qərarı qərəzli və qeyri-obyektiv bir qərardır". Bununla belə o əlavə edib ki,  AŞPA-nı ittiham edərkən i, Türkiyədə də hər şey ideal olduğunu demək  ədalətsizlik olardı: "Burada hər iki amil var. Yəni həm AŞPA-nın Türkiyəyə qarşı ikili standartla yanaşması, həm də Türkiyənin özünün atdığı addımlar.  Bu amillər AŞPA-nı belə bir qərar verməsini şərtləndirib şərtləndirib". Millət vəkili ümumiyyətlə AŞ-ni lazımsız bir qurum hesab edib: "Ümumiyyətlə, tam məsuliyyətlə deyirəm ki, Avropa Şurası əhəmiyyətsiz, lazımsız bir qurumdur. Biz bu qurumdan hansısa məsələ ilə bağlı ciddi, prinsipial qərar görməmişik. Məsələn, Azərbaycan torpaqları işğal olunub, Avropa Şurasında dəfələrlə bu məsələ qaldırılıb. Çalışıblar ki, işğalçıya da, işğala məruz qalana da bərabər münasibət sərgiləsinlər". Buna baxmayaraq  Q.Həsənquliyev bildirib ki,  AŞPA lazımsız bir quruma olsa da, oradan iştirak etməmək yanlışlıq olardı. "Azərbaycan  bu tribundan imtina etməli yox, yararlanmalıdır. Biz  təkcə bundan deyil, ümumiyyətlə bütün beynəlxalq və regional təşkilatların tribunasından  istifadə edib, öz məqsədlərimiz üçün  faydalanmalıyıq. Azərbaycan belə tribunlardan istifadə etməsə, bizim rəqiblərimiz, ermənistan kimi düşmənlərimiz bundan  faydalanacaqlar və o, tribunalarıdan bizim əleyhimizə istifadə edəcəklər. Odur ki, bu, beynəlxalq təşkilatlar  nə qədər əhəmiyyətsiz olsa da, ora bir tribunadır və ondan faydalanmalıyıq. Çünki bu təşkilatlar diplomatların, siyasətçilərin toplaşdığı, parlamentarilərin olduğu bir forumdur. Bird aha deyirəm biz istifadə etməsək ermənilər bundan yaralanıb bütün istədirklərini həyata keçirə bilər. Ən azından orada biz bu meydanlardan istifadə edib  beynəlxalq aləmə mövqeyimizi çatdırırıq. Bizə qarşı olan məkrli planları ifşa edirik,  qəbul olunan qərarları blok etməyə çalışırıq. Bacardıqca  Azərbaycanın milli maraqlarına uyğun, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələrin qəbuluna nail oluruq.  Bir bir oradakı nümayənədlərlə görüşüb real vəziyyəti izah edirik. Çox ciddi işlər görülür. Düzdür, deyilə bilər ki, bəs, niyə nəticə yoxdur. Son nəticədə onlar niyə Azərbaycana qarşı ikili standartlara etiraz etmirlər və yazud işğalçı ilə işağala məruz qalanı  bərabər səviyyədə tuturlar. Bax bizim də etirazımız  beynəlxalq təşkilatların ikili standartınadır. Bəzən  vəziyyəti bildikləri və həqiqətin kimin tərəfində olduqlarını bildikləri halda,  yenə də  təmsil olunduqları güclərin marağlndan çıxış edirlər. Amma  buna baxmayaraq  məhz görülən işlərin nəticəsində dünyada vəziyyəti xeyli xeyrimizə dəyişə bilmişik. Ən azından onlar  vəziyyət haqqında bilgi alırlar".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31