Avropa niyə Türkiyəni hədəf seçib?

Artıq bir neçə ildir ki, Avropada Türkiyəyə qarşı bir haqsızlıq, düşmən münasibət hökm sürür. Əslində yüz illərə dayanan bu münasibətin arxasında duran başlıca hədəf, məqsəd Türkiyəni bir dövlət kimi yox etməkdir. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi və digər mümkün yollardan istifadə etməklə Türkiyənin regional güc olmasını əngəlləmək kimi məkirli planlar hər zaman olub. Günümüzdə də bu planlar davam etməkdədir. Elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Türkiyə ilə bağlı qəbul edilmiş məlum qərar belə deməyə əsas verir. Birmənalı olaraq Türkiyənin nüfuzuna, siyasio çəkisinə zərbə vurmağı, onun Avropa Birliyinə gedən yoluna səd çəkməyi nəzərdə tutan bu qərar qardaş ölkə ilə yanaşı Azərbaycanda da haqlı etiraza səbəb olub.  

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında  Türkiyə ilə bağlı qəbul olunmuş məlum qərar obyektivlikdən tamamilə uzaqdır. Millət vəkili qeyd edib ki, Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat qardaş ölkənin ünvanına qərəz dolu fikirlərdən ibarətdir. Onun sözlərinə görə,  böyük demokratiya tarixi olan Türkiyə dövləti ilə bağlı belə bir qərarın qəbul olunması qərəzdən başqa bir şey deyil: "Türkiyə hər zaman dialoqa açıq ölkədir və hər zaman Avropa sturkturları əməkdaşlığa maraqlıdır. Eyni zamanda, Türkiyə milyonlarla miqrantı qəbul edib və bu baxımdan, Avropa ölkələri üçün nümunədir. Belə bir ciddi problem-miqrant məsələsində Avropa dövlətləri Türkiyəyə dəstək verməlidir. Eyni zamanda, bu ölkədə həyaat keçirilən islahatlar da müsbət dəyərləndirilməlidir. Amma təəssüf ki, Avropa bu məsələlərdə əməkdaşlığa və dialoqa doğru addımlar atmır. AŞPA-nın bu qərarı da təşkilatda ikili standartlara və selektiv münasibətə əsaslanan siyasətin yenidən aktuallaşdığını göstərir. Fikrimcə, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin maraqlarına xidmət göstərir, eləcə də müstəqil milli dövlətlərə təzyiq göstərmək məqsədilə həyata keçirilir. Azərbaycanla əlaqədar qondarma "siyasi məhbus" oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər də deyilənləri təsdiq edir. İndi də Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur. Çünki təşkilat qeyri-ciddi, obyektivlikdən tam uzaq bir qərar qəbul etməklə, əslində özünün müəyyən dairələrin əlində vasitə olduğunu nümayiş etdirir. Hesab edirəm ki, bu cür qərarlarla Türkiyənin beynəlxalq müstəvidə yerinə və roluna, eləcə də bu dövlətin həyata keçirdiyi siyasətə təsir etmək mümkün deyil".

Politoloq Ramiz Alıyev də AŞPA-daTürkiyə ilə bağlı qəbul edilmiş qərarı qətiyyətlə pisləyib və bunu ədalətsiz bir yanaşma kimi dəyərləndirib. Politoloq onu da qeyd edib ki, baş verən bu hal demokratik prinsiplərə ziddiyyət təşkil etməklə yanaşı, onu doğuran səbəblərə də aydınlıq gətirmək lazımdır: "Yəni sual etmək lazımdır ki, Türkiyə nədən hədəf seçilib. Əslində bu sualın cavabı hər kəsə bəllidir. Ancaq yenə də xatırlatmağa ehtiyac var. İlk növbədə onu qeyd etmək lazımdır ki, Avropada ümumilikdə bir türk düşmənliyi mövcuddur. Bu münasibət Türkiyə ilə yanaşı Azərbaycana da eynidir. Diqqət etsək görərik ki, dəfələrlə Azərbaycan da Türkiyə kimi Avropa tərəfindən bu kimi haqsızlıqlarla üzləşib. Onların başlıca məqsədi regionda həm Türkiyənin, həm də Azərbaycanın artan nüfuzunu əngəlləmək, bu iki dövlətin regional güc mərkəzinə çevrilməsinin qarşısını almaqdır. Çünki getdikcə güclənən Azərbaycan-Türkiyə əməkdaşlığı, dostluq və qardaşlığı, müttəfiqliyi Avropanın istər Cənubi Qafqaz, istər Yaxın Şərq, istərsə də digər regionlarla bağlı planlarını pozur. Ona görə də istər Türkiyə, istərsə də Azərbaycana qarşı bu kimi qərəzli yanaşmaların olması təbiidir. Amma hesab edirəm ki, bu kimi kampaniyalarla Avropa heç nəyə nail ola bilməyəcək?.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31