Gündəm
Fərid Qayıbov: "Azərbaycan Gimnastika Federasiyası İslam oyunlarının keçirilməsinə tam hazırdır"
Azərbaycan Gimnastika Federasiyası IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə tam hazırdır. Bunu müsahibəsində Federasiyanın baş katibi Fərid Qayıbov deyib. Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var.
Putin ABŞ-a görə Təhlükəsizlik Şurasını topladı
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib. Bu haqda Kremlin sözçüsü Dmitri Peskov bildirib. Müşavirədə baş nazir Dmitri Medvedev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin və digər şəxslər iştirak ediblər.
Türkiyədə avtomobil qəzasında iki azərbaycanlı xəsarət alıb
Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi “Mitsubihi” markalı avtomobil qəzaya düşüb. Azərbaycanda İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi "90 OJ 177" dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Corum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb.
Əsası ümummilli lider tərəfindən qoyulan mütərəqqi inkişaf siyasəti
Müstəqil Azərbaycan dövləti hazırkı mərhələyə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, təhlükəsizlik problemləri ilə üzləşən Azərbaycan ötən müddət ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə mühüm nailiyyətlər qazanıb, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub.
Tərbiyə müəssisəsində “Açıq qapı” günü keçirilib
Penitensiar xidmətin Tərbiyə müəssisəsində 09 May Faşizm üzərində qələbənin 72 illiyi və 10 May Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümü münasibəti ilə İnsan Hüquqları Üzrə Müvəkkil Elmira Süleymanovanın, Tərbiyə Müəssisəsinin Himayəçilik Şurasının sədri Xalidə Bayramovanın, Baş idarənin və müəssisənin məsul əməkdaşlarının, müəssisədə fəaliyyət göstərən 45 saylı orta məktəbin pedaqoji kollektivinin, məhkumların valideyinlərinin, yaxın qohumlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə «Açıq qapı» günü təşkil olunub.
30 gənc orta rəis heyətinə qəbul edilib
Ədliyyə nazirinin müvafiq əmri ilə 30 nəfər gənc orta rəis heyətinə xidmətə qəbul edilərək Penitensiar xidmətdə müxtəlif vəzifələrə təyin olunublar. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Xidmətin Baş idarəsində keçirilən tədbirdə Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə gənc əməkdaşlara məlumat verilmiş, onlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə olunub. Gənc əməkdaşlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Prezident İlham Əliyev ağacəkmə aksiyasında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.
Ermənistan ordusunda əsgər əsgəri güllələyib
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölüm hadisəsi baş verib. Mayın 10-da səhər saat 08:40-da hərbi qulluqçu, kiçik serjant Qagik Aruşeviç Mesropyan güllə yarası alıb.
MTRŞ qanunsuz kabel yayımına qarşı mübarizəni sərtləşdirəcək
"Kabel televiziyası sahəsində qeyri-qanuni yayımla məşğul olanlar var. Onlara yayımçı da demək olmaz, sahibkarlar öz binalarının içərisində qeyri-qanuni kabel şəbəkəsi yaradıblar". Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
Azərbaycanda gəlini sevgilisiylə qoşulub qaçan rəis işdən çıxarıldı
Daxili işlər orqanlarında yeni təyinat olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Laçın Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
FİFA Poqba transferini araşdırır
FİFA İtaliyanın "Yuventus" klubundan İngiltərənin "Mançester Yunayted" komandasına keçməklə futbol tarixinin ən bahalı transferi adına sahib çıxan Pol Poqbanın keçidi ilə bağlı araşdırmaya başlayıb.
IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün əhəmiyyəti böyükdür
Artıq IV İslam Həmrəyliyi Oyunlarının startına son bir gün qalıb. Mayın 12-də Bakıda startı veriləcək IV İslam Həmrəyliyi Oyunları bütün müsəlman dünyası, İslam aləminin diqqətini ölkəmizə yönəltmiş olacaq. On gün davam edəcək bu mötəbər yarışların Azərbaycana bütün istiqamətlərdə müsbət dividentlər gətirəcəyi şübhəsizdir. Elə əksəriyyət ekspertlər də belə düşünür. Politoloq Nəzakət Məmmədova ilə söhbətimizdə də IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti, onun Azərbaycan üçün verəcəyi müsbət dividentlər və s. barədə danışıdıq.
Azad, plüralist və müstəqil mətbuat demokratik cəmiyyətin mühüm komponetidir
Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinin 25 ili şanlı tarix yaratdı. Bu dövr hər sahədə dərin yeniləşmə ilə xarakterizə olunur. İslahatların dövrün tələblərinə uyğun təkmilləşdirilməsi yeni-yeni hədəflərə yol açmaqla, inkişafın Azərbaycan modelinə beynəlxalq baxışı daha da möhkəmləndirir. Bu gün böyük inam və qətiyyətlə demək olar ki, Azərbaycan islahatçı, dinamik inkişaf edən ölkədir, onun demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Bu uğurlara yol açan əsas amillərdən biri isə iqtisadi və siyasi islahatların vəhdətliyidir. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan bu prinsiplərə sadiqliyini davamlı addımları ilə təsdiqləyib.
Bəzi banklar ya birləşəcək, ya da bazarı tərk edəcək
Ölkənin bank sektorunda yaranan qeyri-müəyyənlikdən sonra bu sahəni tənzimləyən qanunvericilik aktlarında bir sıra dəyşikliklərin edilməsi zərurəti yaranmışdı. Əslində, zamanın tələbi olan bu dəyişikliklər həm bank-kredit sisteminin inkişafı, həm də müştərilərin bankla əlaqələrinin daha sadləşdirilməsinə hədflənib.














