Bəzi banklar ya birləşəcək, ya da bazarı tərk edəcək

Ölkənin bank sektorunda yaranan qeyri-müəyyənlikdən sonra bu sahəni tənzimləyən qanunvericilik aktlarında bir sıra dəyşikliklərin edilməsi zərurəti yaranmışdı. Əslində, zamanın tələbi olan bu dəyişikliklər həm bank-kredit sisteminin inkişafı, həm də müştərilərin bankla əlaqələrinin daha sadləşdirilməsinə hədflənib.

Bankların sayının azalması iqtisadiyyata necə təsir göstərəcək?

Ölkənin bank sektorunda yaranan qeyri-müəyyənlikdən sonra bu sahəni tənzimləyən qanunvericilik aktlarında bir sıra dəyşikliklərin edilməsi zərurəti yaranmışdı. Əslində, zamanın tələbi olan bu dəyişikliklər həm bank-kredit sisteminin inkişafı, həm də müştərilərin bankla əlaqələrinin daha sadləşdirilməsinə hədflənib. Nəhayət, bütün baş verənləri nəzərə alan ölkə parlamenti  "Banklar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini təsdiq etdi.

Qeyd edək ki, qanun bir sıra yenilikləri ilə diqqəti cəlb edir. Belə ki, qanunda səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən yeniliyə əsasən, banka aiddiyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək. Həmçinin, Müşahidə Şurasının səlahiyyətlərinə də eyni məzmunda əlavə edilir. Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 %-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb. Digər dəyişiklik isə banklara aidiyyəti şəxslərlə əməliyyatların aparılması ilə əlaqədardır. Belə ki, qanunun 40-cı maddəsinə edilən dəyişikliyə əsasən, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcək. Həmçinin, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, Müşahidə Şurasının qərarı olmadıqda banklar aiddiyyəti şəxslərə kredit verə bilməyəcək. Maraqlıdır, bəs yeni qanun bank sektorunun fəaliyyətinə necə təsir göstərəcək?  

Ekspertlər hesab edirlər ki, "Banklar haqqında" Qanuna edilən dəyişiklikdən sonra bir neçə bank birləşə bilər.  Yeni sənədə görə, ödəmə qabiliyyətini itirmiş banklara təyin edilən müvəqqəti inzibatçılara daha geniş səlahiyyətlərin verilməsi, bu yolla bankların sağlam aktivlərinin başqa banklara satılması, əldə edilən vəsait hesabına sağlamlaşdırma işlərinin aparılması, yalnız bu tədbirlər nəticə verməzsə, bankın lisenziyasının ləğv edilməsi nəzərdə tutulur. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların aktivlərinin zərərli, qeyri-işlək olduğunu müəyyənləşdirərsə, qurum həmin bankın fəaliyyəti ilə bağlı qərar qəbul edə bilər. Burada bir neçə variant var. Variantlardan biri budur ki, sağlam aktivləri bankdan ayırıb körpü bank yaradılsın. Palata həmin körpü bankı idarə edir, daha sonra isə sata bilər. İkinci istiqamət bankın başqa banka birləşdirilməsi, üçüncü istiqamət isə digər investora satılmasıdır. Artıq bununla bağlı məcburi konsolidasiya mexanizminin hazırlandığı bildirilir.  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, bütün satış prosesləri hərraclar vasitəsilə həyata keçirilməlidir: "Əvvəl qaydalar belə idi ki, banklar ya könüllü şəkildə konsalidasiyaya getməli idi, ya da Mərkəzi Bank maliyyə təşkilatının lisenziyasını ləğv edirdi.Amma qanunvericiliyə edilən dəyişikliklərdən sonra Palata banka məcbur edə bilər ki, birşəlsin, əks təqdirdə körpü bank vasitəsilə satışa çıxaracaq. Bu baxımdan son dəyişiklik bankları məcburi konsalidasiyaya sövq edəcək. Nəticədə bankların sayı 25-ə qədər azalacaq. 3-4 bank var ki, onlar bazarı ya tərk edəcəklər, ya da birləşəcəklər".  Bu zaman belə bir sual meydana çıxır: ölkədə bankların sayının azaldılması iqtisadiyyata hansı təsirini göstərəcək? Ekspert bildirib ki, banklarbağlanarkən fəsadları çox olur. Amma birləşəndə daha güclü bir malliyyət-kredit təşkilatı yaranır. Bu vaxt, eyni zamanda əmanətlərin geri ödənilməsi kimi problem də meydana çıxmır. S.Əliyev hesab edir ki, bankların bağlanması əhalinin bu sektora inamının azalmasına gətirib çıxardır: "Nəticədə əmanətlər sürətlə geri çəkilir. Bundan əlavə, bankların bağlanmasında yaranmış ən böyük problemlərdən biri hüquqi şəxslərin depozitləri və hesabları ilə bağlı oldu. Çünki qanunvericiliyə görə, ancaq fiziki şəxslərin ənamətləri qorunur. Deməli, banklar bağlananda hüquqi şəxslərin taleyi sual altına düşür.  Bank aktivlərinin həcmindən asılı olaraq onların qaytarılıb-qaytarılmaması məsələsi yaranır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31