Tərbiyə müəssisəsində “Açıq qapı” günü keçirilib
Penitensiar xidmətin Tərbiyə müəssisəsində 09 May Faşizm üzərində qələbənin 72 illiyi və 10 May Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümü münasibəti ilə İnsan Hüquqları Üzrə Müvəkkil Elmira Süleymanovanın, Tərbiyə Müəssisəsinin Himayəçilik Şurasının sədri Xalidə Bayramovanın, Baş idarənin və müəssisənin məsul əməkdaşlarının, müəssisədə fəaliyyət göstərən 45 saylı orta məktəbin pedaqoji kollektivinin, məhkumların valideyinlərinin, yaxın qohumlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə «Açıq qapı» günü təşkil olunub.
10 May 2017 14:21 SosialPenitensiar xidmətin Tərbiyə müəssisəsində 09 May Faşizm üzərində qələbənin 72 illiyi və 10 May Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümü münasibəti ilə İnsan Hüquqları Üzrə Müvəkkil Elmira Süleymanovanın, Tərbiyə Müəssisəsinin Himayəçilik Şurasının sədri Xalidə Bayramovanın, Baş idarənin və müəssisənin məsul əməkdaşlarının, müəssisədə fəaliyyət göstərən 45 saylı orta məktəbin pedaqoji kollektivinin, məhkumların valideyinlərinin, yaxın qohumlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Açıq qapı" günü təşkil olunub. Xidmətdən "Olaylar"a verilən məlumata görə, tədbirdə ikinci dünya müharibəsində faşizm üzərində qələbənin əhəmiyyəti qeyd olunmuş, Azərbaycan xalqının həmin qələbəyə verdiyi töhfələr bir daha xatırlanmışdır. Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalq və dövlət naminə həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs edilib. Rəsmi hissədən sonra dəvət edilmiş valideyinlər və yaxın qohumlar müəssisədə saxlanılan övladlarının saxlanma şəraiti ilə yaxından tanış olublar. Tərbiyə olunanlar üçün bayram süfrəsi açılmış, incəsənət ustalarının iştirakı ilə konsert təşkil olunub. "Açıq qapı" gününün keçirilməsi cəza çəkən yeniyetmələr və onların yaxınları tərəfindən rəğbətlə qalşılanıb.