Gündəm
İxtirasına görə gənc alimə diplom təqdim edildi
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasının rəhbəri, Günel Məmmədovanın yerli xammal əsasında Tomsonit tipli seolitin alınma üsulu ixtirası Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin diplom və pul mükafatına layiq görülüb. Bu münasibətlə bölmədə tədbirkeçirilib. Bölmədən “Olaylar” – a bildirlib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək bölmənin elmi müəssisələrində müvaffiq istiqamətlər üzrə aparılan tədqiqatlardan danışıb. Bölmədə bir sıra uğurlu naliyyətlərin, mühüm еlmi nəticələrinəldə olunduğunu qeyd edən akademik 2006-cı ildən etibarən 49 əməkdaşın 27 patent aldığını və bunlardan 21-nin ixtira olduğunu söyləyib.
Sərnişin qatarlarında artım müşahidə olunur
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstan Respublikasından tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu səbəbdən də may ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur.
Atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrini idarə edən sürücülərlə görüş keçirilib
Bakı Nəqliyyat Agentliyinin baş direktoru, IV İslam Həmrəyliyi Oyunları zamanı Nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə Koordinasiya Şurasının sədri Vüsal Kərimli və Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrini idarə edən sürücülərlə görüşüb.
Axtarışda olan Fatimə, azərbaycanlıların nəhəng bazarı, "Şakro Molodoy" və generallar...
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqdakı nəhəng meyvə-tərəvəz bazası "Sofiysk"in fəaliyyətini yoxlayır. Əsasən azərbaycanlıların nəzarətində olan, Rusiyaya xaricdən idxal edilən meyvə-tərəvəzin 70 faizinin cəmləşdiyi "Sofiysk" bazası xüsusi xidmət orqanlarının diqqətini onun sahiblərinə görə cəlb edib. Bunlar milliyətcə osetin olan Taymuraz Misikov və onun oğlu Ruslan Misikovdur.
Türkiyədən ABŞ-ın YPG-yə silah yardımına sərt REAKSİYA
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın YPG-yə (kürd özünümüdafiə dəstələri) silah yardımına sərt reaksiya verib.
Çilingər maşınla divarın arasında qaldı
Şabranda avtomobil ustası bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 9-da Şabran rayonu ərazisindəki avtomobillərin təmiri sexlərindən birində Dəvəçi kənd sakini Məmməd Məmmədov “VAZ-21099” markalı avtomobilini itələyərkən ehtiyatsızlıqdan orada çilingər işləyən Vüqar Əlverdiyevi divara sıxıb və nəticədə usta hadisə yerində ölüb.
15 avtomobili qarət edən dəstə zərsizləşdirilib
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maşınlara qənim kəsilən dəstə yaxalanıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 24-dən mayın 4-dək olan müddətdə Binəqədi rayonu ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon, tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Eldar Balışov, əvvəllər məhkum olunmuşlar - Nicat Ələkbərov və Ramin Cəbrayılov tutulub. Daha 2 nəfər isə müəyyən edilib.
Əcnəbini qarət edən qadın saxlanıb
Bakıda əcnəbi vətəndaşdan oğurluq edən qadın tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən 150 manat, 4500 ABŞ dolları pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Günay Əliyeva tutulub.
Dövlət və hökumət başçıları İstanbula toplaşacaqlar
Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının 25-ci ildönümüylə bağlı dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək. Bu barədə diplomatik mənbələrdən verilən məlumata görə, zirvə mayın 18-dən 22-də İstanbulda baş tutacaq.Təşkilatın 25-ci ildönümü dövlət və hökumət başçılarının iştirakı ilə İstanbulun Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında təşkil ediləcək. Tədbirdə yerli və xarici ölkələrin KİV nümayəndələrinin də iştirakı gözlənilir.
"KamAZ" yolu keçən piyadanı vurub öldürdü
Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da saat 1 radələrində Bərdə şəhərində Kürdəmir rayon sakini Sergey Pənahov idarə etdiyi "KamAZ" markalı maşınla yolu keçən şəhər sakini Şahin Əliyarovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini futbol yarışı keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə “Nardaran kuboku” yarışı keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışın keçirilməsində məqsəd Nardaran məktəblilərinin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub.
Azərbaycan diaspor təşkilatının nəzdində idman məktəbi açılıb
Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində fəaliyyət göstərən Körfez Azərbaycan Mədəniyyət və İdman Dərnəyinin idman məktəbinin açılışı olub. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Dərnək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvüdür. Açılış mərasimində Kocaeli vilayətinin yerli özünüidarəetmə orqanlarının, diaspor təşkilatlarının, idman cəmiyyət və klublarının, idman ictimaiyyətinin, KİV nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən dərnəyin rəhbəri Turqut Caferoğlu Mustafa Kamal Atatürkün idmançılarla bağlı “Mən idmançının zəki, çevik və əxlaqlısını sevirəm’’ fikrini xatırladaraq gələcəyin memarları olan uşaqları savadlı, fiziki və mənəvi cəhətdən sağlam həyat tərzinə alışdırmaq, idmanın kütləviliyini təmin etmək məqsədilə idman məktəbinin təşkil olunduğunu qeyd edib.
Oğurluqda şübhəli bilinən şəxslər tutulub
Nəsimi rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 16-da Bakı şəhər sakini Natiq Ağayevin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Yavər Ağayev tutulub. Həmçinin Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən 150 manat, 4500 ABŞ dolları pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Günay Əliyeva tutulub.
Kabel oğruları saxlanıb
Mayın 9-da Xoylu kəndi ərazisindəki MMC-lərdən birinə məxsus 900 metr kabel oğurlanıb. DİN-dən verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Simran Həsənov və dayısı oğlu Röyal Mirzəyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların mayın 4-də həmin MMC-dən daha 1681 metr kabel oğurlamaları da müəyyən edilib.
Bakıda cibgir yaxalanıb
Paytaxt Bakıda cibgir saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 9-dan mayın 1-dək olan müddətdə rayon ərazisində 5 nəfərin ciblərindən pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad İsmayılov tutulub. Faktla bağlı araşdırma aparılır.














