Kabel oğruları saxlanıb
Mayın 9-da Xoylu kəndi ərazisindəki MMC-lərdən birinə məxsus 900 metr kabel oğurlanıb. DİN-dən verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Simran Həsənov və dayısı oğlu Röyal Mirzəyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların mayın 4-də həmin MMC-dən daha 1681 metr kabel oğurlamaları da müəyyən edilib.
10 May 2017 14:35 KriminalMayın 9-da Xoylu kəndi ərazisindəki MMC-lərdən birinə məxsus 900 metr kabel oğurlanıb. DİN-dən verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Simran Həsənov və dayısı oğlu Röyal Mirzəyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların mayın 4-də həmin MMC-dən daha 1681 metr kabel oğurlamaları da müəyyən edilib.