Gündəm
Qarabağda fəaliyyət göstərən Britaniya şirkətinə xəbərdarlıq
İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən "Grand Thronton" beynəlxalq şirkətinin törəmə şirkəti olan "Grand Thronton Ermənistan"ın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın "Hayastan" fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb.
"Baş nazir mən olacağam" - Ermənistan hakimiyyəti parçalanır
Ermənistanın baş naziri Karen Karapetyan 2018-ci ildən sonra da postunda qalmaq fikrindədir. Bu yaxınlarda Ermənistana gələn Avstriya "İctimai" radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində baş nazir Karen Karapetyanla görüşüb.
“Onu hansı alçaq deyir? Qələt edir!" - Canəli Əkbərov açdı ağzını, yumdu gözünü...
Xalq artisti Canəli Əkbərovun səhhətinin pisləşməsi haqda xəbərlər yayılıb. Muğam ustası haqqında çıxan xəbərləri yalanlayaraq, belə xəbərlərin onu əsəbləşdirdiyini bildirib: “Onu hansı alçaq deyir?! Onu kim deyirsə, başından böyük qələt edir! Mənim heç yerim xəstə deyil.
“Putin nəyin bahasına olursa-olsun...” - Moskvada QORXUNC GƏLƏCƏK HAZIRLANIR
“Rusiya prezidenti Vladimir Putin Almaniyada keçiriləcək parlament seçkilərində Angela Merkelin yenidən kansler seçilməməsini qarşısına məqsəd qoyub”. Bunu Kremlin tənqidçisi, Rusiya müxalifətçisi Harri Kasparov “Bild” nəşrinə müsahibəsində deyib.
4500 əsgər, 400 tank hərəkətə keçdi – Yeni hərbi ƏMƏLİYYAT BAŞLANIR
ABŞ və İngiltərə Suriyanın cənub sərhədində yerləşən Ramsa bölgəsinə çoxsaylı tank və minlərlə əsgər yerləşdirib. Bölgədəki mənbələr 4500 əsgər, 400 tank və zirehli texnikanın bölgəyə yeridildiyini deyir.
Dünya BÖYÜK QITLIQLA ÜZ-ÜZƏ: Azərbaycan buna görə xilas olacaq
“2025-ci ildə dünyada böyük qıtlıq başlayacaq”. Bu iddia ilə türkiyəli professor Canan Karatay çıxış edib. Onun sözlərinə görə, dünyada yalnız zeytun ağacları olan ölkələr bu qıtlıqdan xilas ola biləcəklər.
SOCAR-ın əməkdaşı “Heydər Əliyev” zirvəsinə yürüşdə iştirak edib
Hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Şahdağ Milli Parkının ərazisində 3751 metr hündürlükdə yerləşən ''Heydər Əliyev'' zirvəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kütləvi yürüşlərin təşkil olunması artıq xoş ənənəyə çevrilib. Bu il də mayın 8-9-da Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibəti ilə ''Heydər Əliyev'' zirvəsinə yürüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR-ın əməkdaşı, “SOCAR Midstream” şirkətinin layihə koordinatoru Anar Hacıyev də yürüşdə iştirak edib. Yürüş müvəffəqiyyətlə başa çatıb. İştirakçılar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən sertifikatla təltif olunublar.
“Neft Daşları”nda yeni quyu qazılır
“Neft Daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2622 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1600 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
“Yusif və Züleyxa” poeması yenidən çap olunub
İranın paytaxtı Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması çapdan çıxıb. Kitab Türkiyənin Mərmərə Universitetində saxlanan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilib. AMEA – dan “Olaylar” – a bildirlib ki, İran alimi Firuz Rifahi Ələmdarinin nəşrə hazırladığı bu kitaba ön sözü AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov yazıb. P.Kərimov ön sözdə XV əsr Azərbaycan ədəbiyyatı, Əhmədi Təbrizinin əsərlərinin səciyyəvi xüsusiyyətləri, anadilli poeziyamızda "Yusif və Züleyxa" mövzusu barədə ətraflı söhbət açıb.
"Davanı başladanlar ermənilər olublar"
Sankt-Peterburqda keçirilən "Ölməz alay" aksiyasında baş verən davada xəsarət alan azərbaycanlılar xəstəxanadan evə buraxılıblar. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildiriblər.
Valyutadəyişmə məntəqələri yeni qaydalarla fəaliyyət göstərəcək
Məlum devalvasiya prosesi və ondan sonra maliyyə bazarlarında yaranan ajiotajı aradan qaldırmaq üçün atılan mühüm addımlardan biri də valyutadəyişmə məntəqələrinin ləğvi oldu. Hər nə qədər doğru və səhv addım olduğunu şərh etmədən hazırkı vəziyyətə nəzər yetirdikdə aydın olur ki, bir müddət əvvəl valyutadəyişmə məntəqələri ilə bağlı qəbul edilmiş qərara yenidən baxmaq zərurəti meydana çıxıb.
Züleyxa Nadir yazır...“Halal” adı ilə dünyanı özümüzə güldürməyək
Azərbaycan xalqı tarixən qonaqpərvər olub. Evinə gələn qonağı yuxarı başda oturdub, şahanə yeməkləri qonağın qabağına qoyub. Evində gecələyən qonağın rahatlığı üçün hər cür şəraiti təmin edib. Çalışıb ki, evdə xoşagəlməz, yaramaz bir hərəkətə yol verməsin, əks halda ayıb olar, qonaq onun evindən narazı gedə bilər.
Azərbaycanda kənd yaşıl turizmi inkişaf etdirilir
Ölkə parlamenti “Turizm haqqında” yeni qanunu birinci oxunuşda qəbul etdi. Qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir. Maraqlıdır, qanunda turizm sahəsində hansı yeniliklər nəzərdə tutulur?
Ermənistanda antiRusiya rüzgarı
Son vaxtlar işğalçı Ermənistanda yenidən antiRusiya əhval-ruhiyyəsi özünü büruzə verməkdədir. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə əsas etibarilə bir fikir səslənir ki, Moskva İrəvana lazım olan dəstəyi nümayiş etdirmir. Əksinə, bir çox hallarda Kreml Ermənistanın maraqlarına zidd addımlar atır. Bunun əyani sübutu kimi keçən ilin aprel ayında cəbhə xəttində gedən ağır döyüşlərdə Kremlin İrəvana hərbi dəstək verməməsi göstərilir. İddia edilir ki, Rusiya Ermənistanla Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında müttəfiq olduğu üçün İrəvana apel döyüşləri zamanı hərbi dəstək verməli idi. Kifayət qədər əsassız və arqumentsiz bir yanaşmadır.
Fransadakı seçkilərin Parisin xarici siyasəti və regional proseslərə mümkün təsirləri
Ötən həftənin diqqət çəkən əsas məqamlarından biri Fransada keçirilən prezident seçkiləri oldu. Daha doğrusu seçkilərin ikinci mərhələsi. Birinci mərhələdə Yelisey sarayına rəhbərlik iddiasında olanlardan heç birinin fransızların mütləq əksəriyyətinin səsini qazana bilməməsi, səsvermənin növbəti mərhələsini qaçılmaz etmişdi. Beləliklə, may ayının 7-də fransız seçicilər səsvermə məntəqələrinə gedərək öz prezidentlərini seçdilər. Bu daha çox liberal dəyərləri özündə ehtiva edən Emmanuel Makron oldu. Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda əsas mübarizə radikal meyilli Le Penlə liberal əhval ruhiyyəli Emmanuel Makron arasında gedirdi. Seçkilərin ikinci turunun mümkün, proqnozlaşdırılan nəticələri barədə hesabatlar açıqlayan yerli analitik mərkəzlər, eyni zamanda beynəlxalq ekspretlər daha çox radikal Le Penin seçkilərdə qələbə qazanacağını iddia edirdilər. Və bunu bir neçə amillə əsaslandırırdılar. Birincisi, qeyd edilirdi ki, son bir neçə ildə Fransada yaşanan terror olayları fransızları kifayət qədər radikallaşdırıb. Bu səbəbdən 7 may seçkilərində fransız seçicilər məhz radikal meyilli Le Penə səs verəcəklər.














